«Allah da hərif deyil»
Rusiyalı məmurların leksikonundan: «Biz məbədə gedə, dua etmək əvəzinə tənqid ediriksə …»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Ötən həftə internetdə rusiyalı istifadəçilər məmurların ən çox nəzərə çarpan ifadələrini müzakirə ediblər. Krasnoyarsk diyarının qanunverici məclisinin mədəniyyət komitəsinin sədri həmkarına «bazara nəzarət etməyi» tapşırıb. Kalininqrad vilayətinin qubernatoru isə jurnalist qadının uşaq bağçaları üçün ödənişlərin kompensasiya olunmaması ilə bağlı sualına kobud tərzdə «sizə nə?» cavabını verib.
Rusiyada dövlət qulluqçularının ən çox da jurnalistlərə kəskin, kobud cavablar verməsi adi hala çevrilib.
«Ağlıma bu ifadə gəldi»
Krasnoyarsk diyarının qanunverici məclisinin mədəniyyət, təhsil və idman komitəsinin sədri Lyudmila Maqomedova həmkarı, deputat Ivan Serebriakovun tənqidinə belə cavab verib:
«Bəzən mən sizin dediklərinizi «sayıqlama» adlandırmaq istəyirəm, ancaq heç vaxt bunu özümə yaraşdırmamışam. Ona görə bazarına nəzarət elə! Lap bezdirib, vallah».
Sonradan Maqomedova həmkarını «təxribatçı» adlandırıb və dediklərini danıb.
«Mən heç o sözü bilmirəm. ...Mən ona dedim ki, «burda açdığınız bazara fikir verin» və mikrofonu söndürdüm. Mən kollektivin qarşısında üzr istədim, çünki həyatımda heç vaxt belə emosional partlayışı özümə yaraşdırmamışam və ucuz təxribatlara uymamışam. Mən onu «bazar arvadı» adlandıra bilərdim, ancaq bunu etmədim. ...Ağlıma bu ifadə gəldi», – o deyib.
Guya zarafatlaşırmış
«Novıy Kalininqrad» nəşrinin jurnalisti Oksana Maitakova Kalininqrad vilayətinin qubernatoru Anton Alixanova bəzi ailələrə uşaq bağçasına görə kompensasiya ödənilməməsi ilə bağlı sual verib. Jurnalistin «niyə» sualına qubernator təxminən «sizə nə?!» mənasını verən «po koçanu» cavabını verib. Jurnalist ciddi cavab tələb edəndə qubernator soruşub: «İndi mən adamlara «po koçanu» yazım?».
«Sizdən xahiş edirəm, bir də mənə bu sosial ödənişin bərpası ilə bağlı sual verməyin», – deyə qubernator jurnalistin sözünü kəsib.
Sonradan Alixanov RBK-ya həmin jurnalistlə çoxdan tanış olduğunu, onunla «sadəcə zarafatlaşdıqlarını» deyib.
Orlov vilayətinin keçmiş qubernatoru Vadim Potomski də bir neçə parlaq ifadələrlə yadda qalıb. 2016-cı ilin sonunda keçirilən şura iclasında Potomski vilayətdəki vəziyyəti tənqid edənlər haqda belə deyib: «Əlində qələm və kağız olan hər uğursuz gicbəsər Orlov vilayətində durumun nə qədər pis olmağından danışır. Əlində çap maşınından başqa heç nə yoxdur, bu həyatda heç nə etməyib. Bircə dənə də iş yeri yaratmayıb, ancaq elə dimdikləməyi bilir. Hansı investor vəziyyətin daim gərginləşdirildiyi regiona gəlmək istəyər?».
Sonradan Potomski jurnalistləri yox, bloqqerləri və sosial şəbəkələrdəki şərhçiləri nəzərdə tutduğunu deyib.
«Allah da hərif deyil...»
Bir dəfə isə keçmiş qubernator iddia edib ki, Ivan Qroznının oğlu Peterburqa gedən zaman yolda soyuqdəymədən ölüb. Qeyd edək ki, Peterburqun əsası Ivan Qroznının hakimiyyətə gəlməsindən 170 il sonra, 1703-cü ildə qoyulub. O, daha sonra deyib ki, Ivan Qroznının oğlu bahalı avtomobil almaqda ittiham olunan (XVI əsrdə-tərc.) canişin Nektarini müdafiə edib.
«Biz məbədə gedə, dua edə, Allahdan rəhm diləyə bilərik. Ancaq biz Allahın nümayəndələrinin yanına gedib onları ...tənqid ediriksə... Allah da hərif deyil, o hər şeyi görür», – bu da Potomskinin parlaq ifadələrindən biridir.
2017-ci ilin sentyabrında Vladimir vilayətinin qubernatoru Svetlana Orlova regiondakı müstəqil KİV-ləri «Bander tulaları» və «xarici agentlər» adlandırıb. Vilayətin ictimai əlaqələr və KİV komitəsinin rəhbəri Rita Şliaxova isə öz işləri ilə region rəhbərliyini «psixoloji sıradan çıxarmağa çalışan» «informasiya skunslarından» şikayətlənib. (skuns ətrafa xoşagəlməz qoxu yayan heyvan növüdür - tərc.).«İt hürər, karvan keçər», – o deyib.