Güləni oğurlayıb gətirmək üçün 15 milyon dollar
ABŞ-ın xüsusi prokurorunun başlatdığı təhqiqatın predmeti
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
ABŞ-da dərc olunan nüfuzlu «The Wall Street Journal» qəzeti yazır ki, ilahiyyatçı Fətullah Gülənin ekstradisiyasına kömək üçün Türkiyə hökuməti ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinnə 15 milyon dollar təklif edib.
Gülən Türkiyədə 2016-cı ilin iyul ayında törədilmiş uğursuz dövlət çevrilişi cəhdinin təşkilatçısı kimi ittiham olunub və onun barəsində qiyabı həbs cəzası verilib. Həmin vaxtdan bəri rəsmi Ankara ABŞ-da mühacir həyatı keçirən ilahiyyatçının ekstradisiya olunmasına çalışır.
Virtualaz.org xəbər verir ki, mənbənin bildirdiyinə görə, Ankara təmsilçiləri Flinnlə ötən ilin dekabr ayında görüşüblər. Almaniyanın «Deutsche Welle» nəşri əlavə edir ki, bu görüşdə Pensilvaniyada yaşayan Gülənin özəl təyyarədə zorla Türkiyəyə çatdırılması planı müzakirə olunub.
Qəzetin iddiasına görə, bu hadisə ABŞ-ın xüsusi prokuroru Robert Müller tərəfindən başlanmış təhqiqatın predmetinə çevrilib. Xatırladaq ki, Flinn Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla əlaqələri barədə hesabatından sonra administrasiyadakı vəzifəsini tərk etmişdi. Müllerin əsas araşdırma obyekti Rusiyanın ABŞ-dakı prezident seçkilərinə güman edilən təsiridir.
«The Wall Street Journal» vurğulayır ki, Trampın keçmiş müşavirinin Ankaradan hər hansı məbləğdə pul almasına işarə edən dəlil yoxdur. Maykl Flinnin vəkilləri məqalədə adı göstərilən məlumatları «cəfəng» və «hiddətləndirici» adlandırıblar.