vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:48 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həriri «bir neçə günə» qayıdacaq

Livanın baş naziri girov saxlandığını inkar edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Livanın baş naziri Saad Həriri deyib ki, o, özünü qorumaq üçün istefa verib və «bir neçə günə» vətənə qayıdacaq. Ər-Riyadda olan Həriri «Future TV» televiziya kanalına bildirib ki, o sərbəstdir, azad hərəkət edir və «tez bir zamanda Livana qayıdacaq».

Livan prezidenti və digərləri bildiriblər ki, Həriri Səudiyyə paytaxtında iradəsinə zidd olaraq saxlanılır.

Saad Həriri ötən həftə istefa verəndən sonra ilk dəfədir ki, müsahibə verib.

Həririnin sözlərinə görə, onun həyatına təhlükə yaranıb, lakin bu məsələyə o, aydınlıq gətirməyib.

«Mən istefa vermişəm. Tez bir vaxtda Livana gəlib konstitusiya qaydasına uyğun istefamı rəsmiləşdirəcəyəm», - o, müsahibəsində bildirib.

O, etiraf edib ki, onun öz istefasını formal qaydalara uyğun olmayıb, lakin deyib ki, ölkəsinə «pozitiv şok» vermək niyyətində olub.

Iran və onun Livandakı müttəfiqi Hizbullah terror təşkilatı Səudiyyə Ərəbistanını Baş nazir Həririni girov saxlamqda ittiham ediblər.

Lakin Həriri təkid edir ki, o, sərbəst və azaddır, azad hərəkət edə bilir.

Livan prezidenti Mişel Aun rəsmi olaraq Həririnin istefasını qəbul etməyib.

«Baş nazir Saad Həririnin hansı şəraitdə olduğunu bürüyən qaranlıq ona dəlalət edir ki, onun dedikləri və ya onun adından deyilənlər həqiqəti əks etdirmir», - prezident Aun bildirib.