«Trampın sirlərini faş edən ingilis casusu»
Krımın ilhaqı barədə kəşfiyyat hesabatı verənlərlə ABŞ prezidentinin dosyesini formalaşdıran mənbələr eyni olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
«The Guardian» yazır ki, Trampın seçki kampaniyası və Kreml arasında mümkün sövdələşmə barədə iddialardan ibarət partladıcı dosyenin müəllifi, keçmiş Britaniya casusu Kristofer Stil (Christopher Steele) inanır ki, onun əldə etdiyi məlumatların 70-90 faizi həqiqətdir.
Bu barədə Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsinə həsr edilmiş yeni kitabda yazılıb.
«Sövdələşmə və ya Rusiya Donald Trampın qələbəsinə necə kömək etdi» («Collusion: How Russia Helped Donald Tramp Win») adlı kitabı «The Guardian» qəzetinin müxbiri Luk Hqrdinq (Luke Harding) yazıb. O, Stilin dostlarına dediklərindən iqtibas gətirir.
Stil dosyeyə daxil etdiyi məlumatlara ona görə dərindən inanır ki, onları casus fəaliyyətinin 30 ili ərzində «yetişdiridiyi» mənbələrdən alıb.
Hazırda ABŞ-da Trampın kampaniyası ilə Kreml arasında mümkün sövdələşməni araşdıranlar keçmiş Britaniya casusunun dosyesinə əsaslanırlar.
«Mən 30 il həmin ölkə üzrə (Rusiya) işləmişəm. Nə üçün nəyisə uydurmalıydım?» - deyib Stil dostlarına.
Hardinqin yazdığına görə bu dosyeyə Vaşinqtonda Stilin Rusiyaya dair məxfi hesabatlarının dəqiqlik reputasiyasına görə ciddi yanaşıblar.
Stil 2014 və 2016-cı illər arasında Rusiya və Ukraynaya dair yüzlərlə kəşfiyyat hesabatı yazıb. Bu araşdırmaları keçmiş kəşfiyyatçıya fərdi müştərilər sifariş etsələr də, onlara dövlət orqanları da ciddi maraq göstərirdilər.
Hardinq yazır ki, məhz bu məlumatlar ABŞ-ın Krımın Rusiya tərəfindən ilhaqına reaksiyasını formalaşdırıb.
Maraqlıdır ki, həmin kəşfiyyat hesabatlarının əsaslandığı mənbələr əslində Tramp dosyesi üçün məlumatları vermiş mənbələrlə eynidir.
Stilin hazırladığı hesabatda Trampın 2013-cü ildə Moskvaya səfəri zamanı çəkilmiş və ona qarşı şəxsi kompromat kimi istifadə edilə biləcək seks videoları barədə iddialar da var.
Digər tərəfdən bu hesabatda Trampın yaxın çevrəsinin Rusiya kəşfiyyatı ilə sövdələşməyə girdiyini iddia edən məlumatlar da yer alıb.
Bundan bir neçə il əvvəl Stil FIFA-da korrupsiyaya dair məlumatları əldə etmişdi. O bu informasiyanı Romada bir rütbəli FTB agenti ilə birlikdə toplamışdı.
Bu kəşfiyyat hesabatı sonradan ABŞ prokurorlarının FIFA rəsmilərinə qarşı iddialarının formalaşmasında əsas rolu oynamış və 7 futbol rəsmisinin həbsi ilə nəticələnmişdi.
Hardinq yazır ki, məhz bu epizod Stilin FTB və ABŞ kəşfiyyatı icmasında nüfuzunun artmasında əsas mühüm rol oynayıb.
«O, yaxşı əlaqələri olan, Rusiya casusluğunu və onun bütün fitnə-fəsadlarını yaxşı bilən britaniyalı idi. Stil mötəbər agent sayılırdı», - yazır Hardinq.
Kitabda deyilir ki, Stil «MI6»-nın agenti kimi Moskvaya 1990-cı ildə göndərilmişdi. O Moskvadakı Britaniya səfirliyinin maliyyə şöbəsində çalışsa da, bu, əslində pərdə idi.
Moskvada olarkən gənc casus 1991-ci ildə Boris Yeltsinin tankın üstünə çıxaraq nitq söyləməsini seyr etmişdi.
Stil 1993-cü ildə Moskvanı tərk etmiş və Parisə göndərilmişdi. Onun adı 1999-cu ildə sızdırılmış casus siyahısında olduğundan Stil bir daha Moskvaya qayıda bilməmişdi.
Buna baxmayaraq 2006-cı ildə keçmiş Rusiya casusu Aleksandr Litvinenkonun ölümünün araşdırılmasını ona tapşırmışdılar.
Stil Tramp kampaniyasının Rusiya rəsmiləri ilə əlaqələrinə dair özəl kəşfiyyat firması olan «Fusion»a 16 hesabat göndərmişdi. Lakin 2016-cı ilin iyulunda Trampın Rusiya ilə mümkün bağlarına dair xəbərlər yayılmağa başlayanda, onun mənbələri də susmağa başlamışdılar.
Hardinq yazır ki, Stil öz dostlarına Trampın Rusiya ilə əlaqələrinin miqyasından şoka düşdüyünü demişdi.