vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
18:07 | 22 noyabr 2017 | Çərşənbə Məqaləyə 2916 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səad Əl-Həriri istefasını təxirə salıb

Prezident Mişel Aunun xahişi ilə

MÖVZU İLƏ ƏLAQƏLİ

Livanın baş naziri Saad Əl-Həriri çərşənbə günü prezident Mişel Aunun xahişi ilə istefasını təxirə salıb.

Livanın müstəqillik günü münasibətilə keçirilən paraddan sonra Beyrutda müxbirlər qarşısında çıxışında, Həriri istefasini təxirə salmasının səbəbinin prezidentlə daha çox müzakirələr üçün vaxt ayrılması olduğunu bildirib.

Həririnin bu ayın əvvəli Səudiyyə Ərəbistanında olarkən vəzifəsindən istefa verdiyini elan etməsi və daha sonra onun Səudiyyə Ərəbistanında qalmaqda davam etməsi ölkədə siyasi böhrana səbəb olub. Onun Səudiyyə Ərəbistanında həbs edildiyi barədə fərziyyələr dolaşmağa başlayıb.

Aun deyib ki, o Həriri ilə şəxsən görüşməyincə, onun istefasını qəbul etməyəcək.

İstefa çıxışında Həriri İran və Hizbullahın ərəb dövlətləri arasında nifaq saldığını deyib və ona qarşı sui-qəsd hazırlandığından ehtiyat etdiyini bildirib.

2005-ci ildə onun atası, sabiq baş nazir Rafik Həririnin ölümü ilə nəticələnən avtomobil partlayışı baş verib.