21:12 | 22 noyabr 2017 | Çərşənbə
Məqaləyə 2714 dəfə baxılıb
Şriftin ölçüsü
«Bosniya qəssab«ına ağır cəza
Müsəlmanların soyqırımında təqsirləndirilən generala ömürlük həbs verildi
Beynəlxalq Haaqa Məhkəməsi «Bosniya qəssab«ı adlanan keçmiş Yuqoslaviya ordusunun komandanı Ratko Mladiçin müsəlmanlara qarşı soyqırımı törətdiyi haqqında qərar qəbul edib.
«Report« xəbər verir ki, o, Srebrenitsa da müsəlmanların qətliamının əsas təşkilatçılarındandır.
Məhkəmə Ratko Mladiçi soyqırımı, insanlığa qarşı cinayət və müharibə qanunlarını pozmaqda təqsirli hesab edərək ömürlük azadlıqdan məhrum edib.