vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
23:45 | 26 noyabr 2017 | Bazar Məqaləyə 1171 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vəliəhdin yeni siyasəti

«Səudiyyəni Fələstin ərəblərindən daha çox İsraillə yaxınlıq, İranla düşmənçilik maraqlandırır»

«The Sunday Telegraph» İsrailin baş naziri Benyamin Netanyahunun (Benjamin Netanyahu) keçmiş milli təhlükəsizlik müşavirinə istinadən yazır ki, Səudiyyə Ərəbistanını Fələstin ərəblərinin taleyindən daha çox İsraillə diplomatik münasibətlərin yaradılması maraqlandırır.

Vəzifəsini bu ilin əvvəllərində tərk etmiş Yaakov Neygelin (Yaacov Nagel) dediyinə görə, Səudiyyə İrana qarşı İsraillə əməkdaşlığa elə can atır ki, onu fələstinlilərlə-israillilər arasındakı razılaşma qətiyyən maraqlandırmır.

«Onları İsrailllə fələstinlilər arasındakı razılaşmanın Fəlsətinin xeyrinə olub-olmadığı bir damcı da narahat etmir», - deyib Neygel.

Neygelin şərhi Səudiyyə ilə İsrail arasında münasibətlərin son dərəcə yaxınlaşdığı və Səudiyyə ilə İran arasında gərginliyin son dərəcə eskalasiya etdiyi bir vaxta təsadüf edir.

Bu günlərdə Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman İranın ali rəhbərini «Yaxın Şərqin yeni Hitleri» adlandırıb. Bundan qəzəblənən İran şahzadənin «qeyri-yetkin» və «ağıldan zəif» olduğunu bildirib.

Səudiyyə liderləri Ərəb dünyasının və eləcə də öz ictimaiyyətlərinin qəzəbindən ehtiyat edərək indiyədək İsraillə rəsmi sülh sazişi imzalamaqdan çəkiniblər.

Lakin cənab Neygelin fikrincə, Səudiyyənin indiki de-fakto hakimi Məhəmməd bin Salman İsraillə Fəsləstin arasında hər hansı bir şəkildə saziş olmasını istəyir ki, bundan sonra İsraillə öz münasibətlərini yaxşılaşdıra bilsin.

Keçmiş müşavirin dediklərindən belə bir məntiq hasil olur ki, Səudiyyə İsraillə yaxınlaşmaq xatirinə fələstinliləri onlara əlverişli olmayan sülhə məcbur edə bilər.

Bəzi təsdiq olunmamış məlumatlara görə şahzadə Məhəmməd artıq indidən Fələstin prezidenti Mahmud Abbasa təzyiqlər etməyə başlayıb. Şahzadə fələstinlilərin ABŞ tərəfindən təklif olunan sülh sazişini qəbiul etməsini istəyir.

Cənab Neygel deyib ki, o Səudiyyənin fələstinliləri nəyəsə məcbur etmək iqtidarında olub-olmadığını bilmir, amma fələstinlilər bildiriblər ki, Riyaddan gələn heç bir təzyiqə boyun əyməyəcəklər.

«The Sunday Telegraph» yazır ki, Səudiyyə ilə İsrail arasında münasibətlərin normallaşması Yaxın Şərqdə onilliklərlə mövcud olan siyasəti dəyişdirə bilər. Bu dəyişiklik yəhudi dövləti ilə ərəb krallığı arasında ümumi düşmən İrana qarşı müttəfiqlik yaradardı.

Belə bir yaxınlaşma ABŞ-ın da ürəyincə olardı. Beləki onun iki müttəfiqi İrana qarşı vahid cəbhə yarada bilərdi. Ötən fevral ayında Səudiyyəyə səfər zamanı Tramp belə bir yaxınlaşmanın «çox pozitiv» ola biləcəyinə işarə etmişdi.

Bu yaxınlarda İsrail nazirlərindən biri ilk dəfə olaraq İsrail və Səudiyyə rəsmiləri arasında danışıqların getdiyi təsdiq edib, lakin bildirib ki, bu görüşlər Səudiyyə tərəfinin ricası ilə məxfi saxlanırdı.

Neygel vəzifədə olduğu vaxtda səudlarla hər hansı təmasda olub-olmadığı barədə suala: «Mən sizə nə «hə», nə də «yox» deyirəm» cavabını verib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr dəfələrlə bəyan edib ki, Riyadın mövqeyində heç bir dəyişiklik yoxdur. O deyib ki, Səudiyyə İsraillə yalnız bu dövlət 1967-ci ildə işğal edilmiş ərazilədən çıxandan və Şərqi Yerusəlim paytaxt olmaqla Fələstin dövləti yaradılandan sonra münasibətlər qura bilər.

«Bu baş verənədək bizim İsraillə münasibətlərimiz olmayacaq», - deyib Cübeyr.

Bu isə öz növbəsində Netanyahunun sağ təmayüllü hökumətini qane edən şərtlər deyil.