«Nissan» Hindistandan pulunu ala bilmir
Söhbət 770 milyon dollardan gedir
Yaponiyanın avtomobil istehsalçısı «Nissan», Hindistanda söz verilən dövlət stimullarını ala bilmədiyi üçün beynəlxalq məhkəməyə müraciət edib. Şirkətin iddiasına görə, Hindistan dövlətindən 770 milyon dollar alacağı var.
2008-ci ildə avtomobil zavodu açmasına qarşı Tamil Nadu yerli hökuməti ilə müqavilə bağlayan «Nissan» pulunu hələ də almadığını deyir.
«Nissan» rəsmiləri Baş nazir Modi ilə 2015-ci ildə görüşdüklərini və ondan yerli hökumət ilə problemi həll etməsi üçün dəstək istədiklərini. lakin bundan bir nəticə çıxmadığını bildiriblər.
Tamil Naduda qurulan avtomobil zavoduna «Nissan» son yeddi il ərzində 946 milyon dollar yatırıb. Müəssisədə ildə 480 min avtomobil istehsal olunur.
«Nissan»dan verilən rəsmi açıqlamaya görə, şirkətin zavodu Hindistanda 40 min nəfərə məşğulluq təmin edir.