«Mənə tapşırdı ki...»
General Flinn tutuldu, dərhal Trampı ələ verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
“Mən kampaniyamı dayandırıram...”
“Açıq sərhədlər, artan cinayətlər, rekord inflyasiya” ABŞ-da problemə çevrilib
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
“Diktator olacaq beyni yoxdur”
Sabiq müşavir keçmiş prezident barədə alçaldıcı açıqlamalar verdi
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Bayden üzərindəki impiçment “buludu”
Demokratlar Konqres qarşısındakı açıq ifadə tələbini “Hail Mary” zərbəsi sayır
-
Yüzillərin iddiası pozuldu
Süni intellektdən kriminalistikaya zərbə
ABŞ-a Rusiyanın seçkilərə müdaxiləsini və Donald Trampın Moskva ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller bu gün prezidentin keçmiş milli təhlükəsizlik müşaviri, general Maykl Flinnə qarşı rəsmi ittiham irəli sürüb. Virtualaz.org xəbər verir ki, prokuror onu Federal Təhqiqatlar Bürosuna özünün Rusiya səfiri Sergey Kislyakla söhbətinə dair «bilərəkdən yalan, saxta və dələduzcasına» ifadə verməkdə ittiham edir.
Keçmiş hərbi kəşfiyyat generalı Flinn Donald Trampın keçid komandasının milli təhlükəsizlik və xarici siyasət üzrə əsas fiqurlarından olub. Tramp səlahiyyətlərinin icrasına başlayandan sonra onu milli təhlükəsizlik müşaviri təyin edib. Lakin Maykl Flinnin səfir Kislyakla telefon danışıqlarına və görüşünə dair vitse-prezident Maykl Pensə yalan məlumat verdiyi üzə çıxandan sonra vəzifəyə təyin olunmasının 25-cü günündə istefa verib.
Məlum olub ki, Barak Obama səlahiyyətlərinin başa çatmasına bir neçə gün qalmış Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəndən, bir qrup rusiyalı diplomatı persona non-qrata elan edəndən sonra Maykl Flinn Sergey Kislyakla telefon əlaqəsi yaradaraq Moskvanı bu sanksiyalara təmkinli reaksiya verməyə çağırıb. Bildirib ki, Tramp səlahiyyətlərinin icrasına başlayandan sonra bu sanksiyaları ləğv edəcək. Habelə məlum olub ki, Flinn Türkiyə hakimiyyətinin nümayəndələrindən Fətullah Güləni Pensilvaniyadan oğurlayaraq xüsusi təyyyarə ilə Ankaraya gətirilməsini təşkil etmək üçün təklif alıb. Bu təklifə görə Flinnə 15 milyon dollar vəd edilib.
Xüsusi prokurorun rəsmi ittiham elan etməsindən sonra Flinn Kolumbiya federal dairəsinin dairə məhkəməsinə aparılıb. «Assosiated press» xəbər verir ki, o, məhkəmədə dərhal özünü FTB-yə yalan ifadə vermə ittihamı üzrə təqsirli bilib. Habelə prezident Donald Trampın əleyhinə ifadə verməyə razı olduğunu deyib. Məhkəmədə Flinn barədə formal həbs qərarı seçilib.
Maykl Flinn bildirib ki, Trampın keçid komandasının yüksək rütbəli üzvü ona 2016-cı ilin dekabrında Rusiya rəsmi şəxsləri ilə təmas qurmağı tapşırıb. Habelə Flinn Tramp prezidentliyə namizəd olanda ondan «ruslarla işləmək» barədə tapşırıq aldığını da açıqlayıb.
Bundan əvvəl xüsusi prokuror Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manaforta və ortağına, habelə respublikaçıların seçki qərargahında müşavir olmuş Maykl Papadopulosa qarşı rəsmi ittiham irəli sürmüşdü. İndi Flinnə qarşı rəsmi ittihamın irəli sürülməsi xüsusi prokurorun Rusiya işində getdikcə Trampa doğru yaxınlaşdığını göstərir. Maykl Flinnin Trampın əleyhinə verəcəyi ifadə isə prezidentin vəzifədən kənarlaşdırılması üçün proseduru başlada bilər.