«Siz ümumiyyətlə, adamsınız?»
Putin: «Haranı vuracaqsınız axı, hansı hədəflər var?»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
Rusiya prezidenti Vladimir Putin bu günkü mətbuat konfransında ABŞ senatorlarının və konqresmenlərinin Rusiyanı Şimali Koreya və İranla tərəzinin eyni gözünə qoymasını sərt ifadələrlə tənqid edib.
Putin bu barədə jurnalistlərdən birinin Rusiyanın Şimali Koreya ilə ABŞ arasında az qala nüvə müharibəsinə gətirib çıxaracaq qarşıdurmada mümkün vasitəçiliyi ilə bağlı sualına cavab olaraq danışıb.
«Siz fikir verməmisiniz ki, senatorlarınız və konqresmenləriniz, hansı ki, onlar kostyum geyinəndə yaraşıqlı görünürlər və guya ağıllı adamlardırlar, bizi Şimali Koreya və İranla bir cərgəyə qoyurlar, üstəlik bizdən Şimali Koreya probleminin və İranın nüvə proqramı probleminin həlli məsələsində kömək xahiş edirlər. Siz ümumiyyətlə, normal adamsınız?» - Putin amerikalılara xitabən bildirib.
Putin əlavə edib ki, Rusiya Şimali Koreyanın nüvə statusunu tanımır və baş verənləri düzgün hesab etmir. Onun fikrincə, tərəflər bir-birlərini təxribata çəkməyi dayandırmalıdır. Putin ABŞ-ı Şimali Koreyaya zərbə endirmək fikrindən daşınmağa çağırıb, deyib ki, əgər ABŞ bu ölkəni vursa nəticə fəlakətli olacaq. Hətta zərbə nüvə silahı ilə endirilməsə belə.
«Haranı vuracaqsınız axı? Mərkəzi Kəşfiyyat İdarəsi dəqiq bilir ki, Şimali Koreyada hansı hədəflər var? Bir raket zərbəsi kifayətdir ki, nəticə fəlakətli olsun», - Rusiya prezidenti xəbərdarlıq edib. (Virtualaz.org)