Razılaşmanın şərtləri
İsrail Türkiyəyə nə verib, əvəzində nə istəyəcək?
Ömər DAĞLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Nəsrullahın ölüm ssenarisi
Netanyahunun həm ziyarət, həm ticarət Nyu-York səfəri
-
Livana yeni şans
Nəsrullanın ölümü rəsmi Beyruta ölkəyə nəzarəti ələ almaq imkanı verir
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
İsrailə PUA hücumu
Xəsarət alanlar var
İsrailin ingilis dilində nəşr edilən «Haaretz» qəzeti Türkiyə və arasında razılaşma mərhələsinə gələn danışıqların detallarını açıqlayıb. Publika.az-ın verdiyi xəbərə görə, qəzet üst səviyyə bir israilli səlahiyyətliyə istinad edərək Türkiyə ilə İsrailin razılaşmanı imzalamağa çox yaxın olduğunu yazıb.
«Qarşıdakı bir neçə gün içində iki ölkə arasındakı əlaqələr irəliləyəcək», - mənbə bildirib. O, İsrailin «Mavi Mərmərə» gəmisinə hücum zamanı ölən 9 Türkiyə vətəndaşına 20 milyon dollar təzminat ödənilməsini təklif etdiyini söyləyib.
Razılaşmanın Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmasının vacibliyini qeyd edən «Haaretz» qəzeti razılaşma qarşılığında İsrailin də tələb etdiklərinin olduğunu bildirib. Belə ki, razılaşma Türkiyə parlamentində təsdiqlənərsə, İsrail əsgərlərinə qarşı Türkiyənin qaldırdığı iddialar qüvvədən düşəcək, əsgərlərə verilməsi gözlənilən cəzalar ləğv ediləcək.
Yazıda həmçinin qeyd edilir ki, İsrail, iki ölkə arasındakı normallaşmanın simvolik olaraq qalmamasını tələb edir. İsrailin tələbləri arasında iki ölkə səfirlərin yenidən vəzifələrinə qayıtması, yeni bir dialoqun başladılması, dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi də yer alıb. İsrailin bir başqa tələbi isə beynəlxalq arena və mediada alçaldıcı bəyanatların dayandırılmasıdır.
Qeyd edək ki, «Haaretz» qəzeti iki gün əvvəlki sayında Türkiyənin İsraildən 30 milyon dollar təzminat tələb etdiyini, İsrail baş naziri Benyamin Netanyahunun isə 20 milyon dollar təklif etdiyini bildirmişdi. Qəzetin yazdığına görə, baş nazir təzminat məbləğinə daha 3 milyon dollar əlavə edilməsi ilə bağlı nümayəndə qrupa səlahiyyət verib.