vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
00:44 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 2464 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ nüvə arsenalına əlavələr edir

Dövlətlər arasında silahlanma yarışı aparılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Soyuq Müharibədən 30 il sonra nüvə silahlarından istifadədən çəkindirilmə və nüvə hücumuma qarşı müdafiə məsələləri yenidən gündəmdədir. Pentaqon bu ay nüvə raketlərinə qarşı hava, quru və suda əsaslanan müdafiə sistemini müasirləşdirməyi nəzərdə tutan yeni planını açıqlayıb. Bundan əlavə isə onlar nüvə arsenalına iki yeni əlavə edib.

ABŞ-ın nüvə arsenalının hava, quru və dəniz-əsaslı komponentlərinin istifadə möhlətinin növbəti on ildə bitəcəyi gözlənilir.

Ekspertlər deyir ki, əgər Birləşmiş Ştatlar inventarını müasirləşdirmək üçün bir addım atmasa, həmin arsenalın yəni digər ölkələri nüvə silahlarından istifadə etməkdən yayındırmaq məqsədi təhlükə altında ola bilər.

«Belə bir düşüncə var ki, Birləşmiş Ştatlar silahlanma yarışına səbəb olacaq, amma məncə silahlanma yarışı artıq aparılır. Yeganə fərq isə odur ki, ABŞ bu yarışda iştirak etmir», deyə «Heritage» Fondundan Mikaela Dodc bildirir.

Analitiklər deyir ki, Rusiya və Çin nüvə silahları proqramlarını ABŞ-dan 20 il sonra yenilədikləri üçün onların istifadə möhləti daha uzundur. Bundan əlavə isə Şimali Koreya və İranın nüvə silahları inkişaf etdirmək təhlükələri də var.

Bu dəyişən vəziyyətin qarşısını almaq məqsədilə Pentaqon ABŞ-ın nüvə arsenalına iki əlavənin olunmasını istəyir.

Biri dənizdən atılan qanadlı nüvə raketidir ki, ABŞ Soyuq Müharibə dövründə bu raketə sahib idi.

Digəri isə daha az qüdrətli, yeraltı qayıqdan atılan ballistik raketdir. Arsenala edilən bu əlavə ABŞ-ın ən böyük nüvə imkanlarına sahib düşməni Rusiyanı kiçik bir münaqişədə çox güclü olmayan silahlardan istifadə etməkdən çəkindirəcək.

«Mən on il bundan öncəki vəziyyətə geri dönmək istərdim. O vaxt hər iki tərəf nüvə silahlarınınn xarici siyasətdəki rolunu azaltmışdı. Amma hazırda Rusiya bizim qarşımızda belə bir seçim qoymayıb. Ona görə də, məncə biz indi bir az daha iddialı olmalıyıq», deyə Brukinqs İnstitutundan Maykl O’Hanlon bildirir.

Obama administrasiyası 2010-cu ildə mövqeyini dəyişməklə nüvə silahları olmayan dünya yaratmaq məqsədi ilə təhlükəsiz və effektiv arsenal saxlamaq arasında balans yaratmağa çalışdı. Tramp administrasiyasının mövqeyi isə daha çox ikinci məsələyə diqqət ayırır - bu da Amerika arsenalını qoruyub saxlayaraq, silahlara nəzarət məsələsini arxa plana atmaqdır.