vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DÜNYA  
13:47 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 3116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyalı «seks təlimatçıları» həbs olunub

Milyarderi «zibilə» salan «Balıq Nastya» və «Aleks Lesli» Tailandda saxlanılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada korrupsiyaya qarşı mübarizə Fondunun rəhbəri, müxalifət lideri Aleksey Navalnının araşdırmasından sonra sürətlə məşhurlaşan eskort qız «Balıq Nastya» (Anastasiya Vaşukeviç - «Nastya Rıbka») və onun «seks məşqçisi», «Aleks Lesli» ləqəbli Aleksandr Kirillov Tailandda saxlanılıb. Virtualaz.org xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir.

Bundan əvvəl Tailandda 10-a yaxın rusiyalı «seks təlimatçıları»nın saxlanıldığı xəbər verilmişdi. Onlar Tailanddın kurort bölgəsi Pattayada qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olub seks-məşqlər keçirdikləri üçün saxlanıldıqları bildirilir. Taliand qanunvericiliyinə görə ölkə ərazisində xarici vətəndaşların qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olması 2 ilə qədər həbslə və cərimə ilə cəzalandırılır. Məlumata görə «Balıq Nastya» da daxil olmaqla saxlanılanlar müvəqqəti istintaq təcridxanasındadır, onların məhkəməyə çıxarılacaqları və rəsmi ittihamla üzləşəcəkləri gözlənilir.

Aleksey Navalnı «Nastya Rıbka»nın İnstagram səhifəsi ilə maraqlananda üzə çıxarmışdı ki, bu eskort qız əsasən oliqarxları ələ almaqla ixtisaslaşıb. Onun Kremlə yaxın milyarder-oliqarx Oleq Derpiaskanın yaxtasında Prezident Administrasiyası rəhbərinin müavini, xarici siyasəti kurasiya edən Sergey Prixodkonun da iştirakı ilə dəniz gəzintisinə çıxdığı barədə görüntülər Navalnıya səs-küylü internet araşdırması aparmağa imkan vermişdi. Navalnının «Rıbkageyt» adı alan bu araşdırmasına «YouTube»də milyonlarla adam baxıb. «Balıq Nastya» bu araşdırmadan sonra sürətlə populyarlaşıb və internetdə ən çox axtarılan personalardan birinə çevrilib. Oleq Deripaska isə onu «barəsində şəxsi məlumatları yaydığına» görə məhkəməyə verib. Prixodko isə qalmaqalla bağlı susub.