ABŞ Türkiyəni sanksiyalarla hədələdi
Vaşinqton «S-400» ticarətini birmənalı qəbul edir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
ABŞ Türkiyəni Rusiyadan «S-400» zenit-raket kompleksləri almaqdan imtina etməyə çağırır. Əks təqdirdə Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər. Bu barədə «Habertürk» Vaşinqtondan olan mənbələrə istinadən məlumat yayıb.
Qəzetin müsahibinin dediyinə görə, ABŞ yaranmış vəziyyətdən çox narahatdır, belə ki, «S-400» komplekslərinin alınması, «NATO ilə operativ uyğunluğa mənfi təsir göstərə bilər».
Türkiyə hökuməti ordunun adı çəkilən Rusiya istehsalı olan zenit-raket kompleksləri ilə təchizatını dayandırmasa, Ankaraya qarşı məhdudlaşdırıcı ölçülərin qəbul olunacağı istisna edilmir.
Mənbənin sözlərinə görə, ABŞ Türkiyənin hava müdafiəsinin təmin olunması üçün Ankaraya alternativ variant tapmağa kömək etmək niyyətindədir.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaraya qarşı təhdidlərin yolverilməz olduğunu bildirmişdi. Türkiyəli ali diplomatın sözlərinə görə, Ankara daha əvvəl NATO müttəfiqlərindən HHM sistemi almaq istəsə də, «onlar hər dəfə bir problem çıxarıb». Bununla əlaqədar Türkiyə 2017-ci ilin dekabr ayında digər ölkələrlə danışıqlara başlayıb və Rusiyadan zenit-raket komplekslərinin alınması haqqında müqavilə imzalayıb.
Qeyd edək ki, «S-400» kompleksləri 400 km qədər əhatədə və 30 km yüksəklikdə uçan aviasiyanın, qanadlı və ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.