Rusiyada «səfirlikdə kokain» qalmaqalı...
400 kq narkotiklə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb; Rusiya XİN-in məsələni ört-basdır etməkdə canfəşanlığı diqqəti cəlb edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
İki ölkə prezidentləri barədə həbs qərarı
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Rusiyanın Argentinadakı səfirliyində 400 kq kokainin aşkar edilməsi ilə bağlı məsələ «şişir». Qeyd edək ki, hadisənin hələ 2016-cı ilin dekabrında baş verməsinə baxmayaraq Argentina mətbuatında çıxan yazılar problemin qalmaqallı tərzdə böyüməsinə gətirib çıxarıb.
Rusiyanın Argentinadakı səfiri Viktor Koronellinin söylədiyinə əsasən 12 çamadan dolusu kokaini səfirliyin tərkibində fəaliyyət göstərən orta məktəbdə aşkar ediblər.
Koronellinin sözlərinə görə, çamadanları məktəbə səfirliyin keçmiş təsərrüfat müdiri Əli Abyanov gətiribmiş. Əli Abyanov diplomatik missiyada hər kəsi yaxından tanıdığına görə onun səfirlik məkanına giriş və çıxışına maneçilik törədilməyib.
Mətbuatın verdiyi xəbərə görə, Rusiya və Argentina xüsusi xidmət orqanları birgə əməliyyat keçirilməsi barədə razılığa gələrək çamadanların kimin tərəfindən qəbul ediləcəyini öyrənmək məqsədilə onların içini unla doldurub, diplomatik baqajla və içində xüsusi indikator çiplər yerləşdirməklə Rusiyaya yola salıblar. Nəticə etibarı ilə narkotrafiki təmin etməkdə şübhələnilən 5 adamı həbs ediblər. Bunların içində səfirliyin keçmiş əməkdaşının, hətta mühasibinin də olduğu deyilir.
İstintaqın gəldiyi nəticəyə əsasən qaçaqmalçılığın əsas təşkilatçısı Andrey Kovalçuk adlı rusiyalı biznesmendir. Bu adam vaxtilə Rusiyanın Berlindəki səfirliyində inzibati-texniki vəzifə tutub. Diplomatik işdən sonra o, Almaniyada yaşamaqda davam edib. Onun bundan sonrakı fəaliyyəti Rusiyaya elit siqar, spirt və kofelərin gətirlməsindən ibarət olub. Gömrük rüsumlarını ödəmək üçün isə o, diplomatik poçtdan istifadə edib.
Argentinanın təhlükəsizlik şurasının katibi Euxenio Bursakonun söylədiyinə görə, narkomafiya eyni sxemlə Rusiyanın Uruqvaydakı səfirliyindən narkotikləri ötürürmüş.
Məsələni maraqlı edən məqamlardan biri də bir vaxtlar heç kimin fikir vermədyi cinayət hadisəsinin artıq başqa rəng almasıdır. Belə ki, 2016-cı ilin dekabrında, yəni əməliyyatın həyata keçirildiyi günlərdə Moksvada Rusiya Xarici işlər nazirliyinin Latın Amerikası ölkələri üzrə departamentinin baş müşaviri Pyotr Kolışevin öz evində müəmmalı şəkildə qətlə yetirilməsi olub.
Lakin Rusiyada sözügedən qalmaqalla bağlı ayrı cür düşününlər də var. Bunlardan biri də hazırda Buenos-Ayresdə yaşayan və öz uşaqlarını kokainin tapıldığı məktəbə ötürən Maksim Mironov adlı şəxsdir. Mironov öz bloqunda hadisənin heç də səfir Viktor Koronellinin söylədiyi kimi cərəyan etmədiyini bildirir. Belə ki, Mironov Moskvada biriləri tərəfindən səfirliyin əsas işçilərinin bu cinayətin xaricində tutulduğunu bildirir. Bloqerin sözlərinə görə, səfirlikdəki təhlükəsizlik sistemi o dərəcədə möhkəmdir ki, buraya əlini-qolunu sallayıb, 12 çamadan narkotikin gətirilməsi mümkün deyil.
Bundan başqa məlum olub ki, iş səfir Viktor Koronellinin Rusiya Federal Təhlükəsizlik Xidmətinə məlumat verməsindən sonra başlamayıb.
Əksinə Argentinanın milli təhlükəsizlik naziri Patrisiya Bulriçin əvvəldən Rusiya səfirliyindəki narkoticarətin hökm sürdüyü barədə dəfələrlə xəbərdarlıq etdiyi və yalnz bundan sonra səfirin öz ölkəsinin təhlükəsizlik orqanına müraciət etdiyi ortaya çıxıb.
Həmçinin Argentina mətbuatı ölkə kəşfiyyatının gizli dinləmlərində «O» adı ilə bağlı naməlum bir şəxsin adının keçdiyini bildirir. Telefon görüşməsində bu «O»dan 12 qutu konyakın (yəni kokainin) gətirilməsinin təmin olunması xahiş olunur. Mironovun fərziyyəsinə əsasən bu «O» səfir Koronellinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Oleq Vorobyovdan başqası deyil.
Ən maraqlısı budur ki, unla dolu olduğu iddia edilən çamadanların həmin vaxt Argentinada səfərdə olan Rusiya Təhlükəszilik Şurasınn katibi Nikolay Patruşevin də olduğu təyyarə vasitəsilə gətirilməsidir. Argentina polisi təyyarənin göyərtə nömrəsinin şəklini verib-96023. Bu isə Rusiyanın birinci şəxslərinə xidmət göstərən İl-96 təyyarəsidir.