vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
12:25 | 20 aprel 2018 | Cümə Məqaləyə 2407 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Silahlı münaqişə riski...”

Lavrov ABŞ-Rusiya münasibətlərindən danışdı: “Tramp Putini Ağ Evə dəvət edib”

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyət, ABŞ-Rusiya arasındakı münasibətlərlə bağlı açıqlama verib. O, əminliklə ABŞ ilə Rusiya arasındakı münasibətlərin silahlı münaqişə həddinə çatmayacağını söyləyib:

“Rusiya ilə ABŞ arasında silahlı münaqişə riski barədə danışsaq, Vladimir Putin və ABŞ prezidenti Donald Trampın buna icazə verməyəcəyinə əminəm. Putin və Tramp xalqları tərəfindən seçilən liderlərdir. Onların xalqın rahatlığına görə məsuliyyət daşıyırlar”.

Daha sonra XİN rəhbəri Putin-Tramp görüşündən danışıb. Lavrovun sözlərinə görə, Rusiya prezidenti amerikalı həmkarı ilə görüşə hazırdır. Nazir bildirib ki, son telefon danışığında Donald Tramp Putini ABŞ-a dəvət edib.

“Prezident Putin görüşə hazırdır. Hələlik görüş barədə razılıq yoxdur amma əgər olsa, sizə mütləq məlumat veriləcək. Heç kəsə sirr deyil ki, sonuncu telefon danışığı zamanı Tramp Putini Ağ Evə dəvət edib və onu görməkdən şad olacağını söyləmişdi”.