55 min fayl və fotolar 183 diskdə
“Mossad” İranın nüvə arxivini ələ keçirdi, müharibə başlayır?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Nəsrullahın ölüm ssenarisi
Netanyahunun həm ziyarət, həm ticarət Nyu-York səfəri
-
Livana yeni şans
Nəsrullanın ölümü rəsmi Beyruta ölkəyə nəzarəti ələ almaq imkanı verir
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
İsrailə PUA hücumu
Xəsarət alanlar var
-
İsrail Livanda nə planlaşdırır?
“Əqsa qətliamı “HƏMAS”dan yox, “Hizbullah”dan gözlənilirdi”
Bu gün aprelin 30-da axşam İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdəki “Kiriya” iqamətgahında xalqa dramatik müraciətlə çıxış edib. Virtualaz.org İsrail KİV-lərinə istinadla xəbər verir ki, baş nazir “Mossad”ın İranın nüvə arxivini bütünlüklə ələ keçirdiyini, bununla da Tehranın nüvə silahı proqramından imtina etməyib beynəlxalq ictimaiyyəti aldatdığını bildirib.
Netanyahunun xalqa mühüm müraciətlə çıxış edəcəyi əvvəlcədən anons edilib. Baş nazir çıxışını ingilis dilində başlayıb və bildirib ki, İsrail kəşfiyyatı İranın nüvə arxivini ələ keçirməyə müvəffəq olub. “Mən yaxın dəqiqələrdə İranın məxfi nüvə proqramları barədə dünyaya təkzibedilməz dəlillər təqdim edəcəyəm”, - Netanyahu bildirib.
Baş nazir elan edib ki, İsrailin sərəncamında İranın nüvə proqramına dair 100 mindən çox fayl-çertyojlar, fotolar, video və mətnlər var. “Söhbət elə sənədlərdən gedir ki, əvvəllər dünya ictimaiyyətinə təqdim edilməyib. Söhbət İsrail kəşfiyyatının tarixində ən böyük nailiyyətlərdən birindən gedir”, - hökumət başçısı deyib.
Netanyahunun sözlərinə görə, ələ keçirilən sənədlər İranın dünyanı öz nüvə proqramları barədə aldatdığını sübut edir. Və bu sənədlər ABŞ-a, digər Qərb ölkələrinə təqdim olunub.
“Nüvə razılaşmasının imzalanmasından sonra İran öz nüvə proqramını gizlətmək üçün böyük səy göstərib. Tehran öz nüvə arxivini məxfi yerə köçürüb. Bu arxivin harada olduğunu cəmi bir neçə nəfər bilirdi. Bir neçə həftə əvvəl İsrail bu arxivdən ton yarıma yaxın sənəd - 55 minə yaxın sənəd və foto, 183 diskdə saxlanılan 55 min fayl ələ keçirib”, - Netanyahu elan edib.
İsrail baş naziri deyib ki, bu sənədlərin açıqlanmasından sonra ABŞ prezidenti Donald Trampın İrana dair “düzgün qərar” qəbul edəcəyinə inanır. “Mən əminəm ki, o bir neçə gün sonra İsrail üçün, ABŞ üçün və bütün dünyanın təhlükəsizliyi üçün düzgün qərarı verəcək”, - o bildirib.
Netanyahu xalqa müraciətə başlamazdan əvvəl öz çıxışını Fransa prezidenti Emmanuel Makronla və Almaniya kansleri Angela Merkellə müzakirə edib. Məlumatlara görə Fransa prezidenti İranla nüvə sazişinə düzəlişlər edilməsində israrlıdır. Merkelin yaxın ətrafındakı mənbə isə “Channel 10” telekanalına “Netanyahunun təqdim etdiyi informasiyaların yeni olmadığını” deyib.
Netanyahunun xalqa müraciətinin ardınca “Channel 10” telekanalı adından Vatsap-da İranın yaxın 24 saatda İsrailə qarşı müharibəyə başlayacağı haqda xəbərin skrinşotu yayılıb. Orada bildirilirdi ki, İsrail hökumətinin təhlükəsizlik kabineti təcili olaraq “Kiriya” iqamətgahında toplaşıb və müharibəyə hazırlığı müzakirə edib. Lakin bir neçə dəqiqə sonra telekanal bu məlumata aidiyyəti olmadığını açıqlayıb.