vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
16:22 | 11 avqust 2018 | Şənbə Məqaləyə 1871 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yeni müttəfiqlər axtaracağıq”

Ərdoğandan ABŞ-a xəbərdarlıq

Əvəz ZEYNALOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nüfuzlu “The New York Times” qəzetində məqalə yazıb. Məqalədə Ərdoğan ABŞ-a yeni müttəfiqlər axtaracağı ilə bağlı xəbərdarlıq edib.

Yazıda ABŞ-ın Türkiyəyə hazır ki, münasibətini qınayaraq bunun yalnız Vaşinqtona xələl gətirəcəyini qeyd edib.

“Pisliyin dünyanın hər yerində pusquya yatdığı bir dövrdə, uzun zamandır müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı atdığı tək tərəfli addımlar yalnız ABŞ-ın maraqlarına və təhlükəsizliyinə zərər verir. Çox gec olmadan, Washington əlaqələrimizin asimmetrik ola biləcəyi səhv düşüncəsini bir kənara buraxmalı və Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir. Bu birtərəflilik və hörmətsizlik tendensiyasını tərsinə çevirməsələr, yeni dostlar və müttəfiqlər axtarmağa başlayacağıq” – Ərdoğan vurğulayıb.

Türkiyə prezidentinin bu nüfuzlu nəşrdə yazdığı “Türkiyə, ABŞ-la böhranı necə görür” məqaləsində həmçinin qarşılıqlı münasibətlər barəsində də söhbət açıb.

O, uzun illər davam edən müttəfiqlik münasibətlərinə toxunub.

“Türkiyə, illər ərzində nə zaman lazım olsa ABŞ-ın köməyinə qaçıb. Koreyada əsgərlərimiz birlikdə vuruşub. Kuba raket böhranının ən yüksək olduğu dövrdə, Türkiyə, torpaqlarında Yupiter raketlərinin yerləşdirilməsinə icazə verərək ABŞ-ın vəziyyəti sabitləşdirmə səylərinə qatqı verib. 11 sentyabr terror hadisələrində Vaşinqton bu pisliyi edənlərə qarşılıq vermək üçün dostlarını və müttəfiqlərini gözlədiyi bir dövrdə, biz NATO missiyasını uğurla yerinə yetirmək üçün Əfqanıstana göndərdik” – Türkiyə prezidenti bildirib.

O həmçinin yazıda FETÖ təşkilatına toxunaraq ABŞ-ın bu sahədə yardım göstərməməsini qınayıb.