vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
11:14 | 13 avqust 2018 | Bazar ertəsi Məqaləyə 1836 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur teleaparıcının qətlini kim sifariş edib?

Oliqarxı “Görüşdük-danışdıq”da ittiham etdilər – ölümündən sonra

Keçmiş SSRİ məkanında ən populyar televiziya proqramlarından olan “Vzqlyad” verilişinin müxbiri, jurnalist Dmitri Zaxarov bildirib ki, həmkarı Vladislav Listyevin qətlinin sifarişçisi oliqarx Boris Berezovski ola bilər.

Virtualaz.org “MixTV”yə istinadən xəbər verir ki, bu barədə jurnalist “Görüşdük-danışdıq” verilişindəki çıxışında deyib.

Onun sözlərinə görə, ölümünə az qalmış Listyevə zəng edib hədə-qorxu gəlmişdilər. Zaxarov deyir ki, narazılar arasında televiziyadakı reklamdan gəlir götürmək istəyənlər vardı.

“Təbii ki, o bunu ləğv edə bilməzdi”, - deyən jurnalist əlavə edib ki, telekanalın illik büdcəsi az qala 250 milyon dollara çatırdı.

“İşlərin belə gedişindən itirən hamımıza çox yaxşı tanış olan bir adam vardı ki, onun ölüsünü sonralar Londondakı evində tapdılar”, - jurnalist bununla oliqarx Berezovskiyə eyham vurub.

Xatırladaq ki, Vladislav Listyev 1995-ci ilin mart ayının 1-də qətlə yetirilib. Bu qətl hadisəsi hələ də açılmamış qalır.