vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
12:52 | 13 avqust 2018 | Bazar ertəsi Məqaləyə 1892 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dolları durdura bilmirlər

Hakimiyyət prokurorluq orqanlarını işə salır

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə dolların məzənnəsi bu gün səhər saatlarından yenidən artmaqdadır və saat 12.30-a olan məlumatlara görə 1 ABŞ dolları 6.8 TL-yə dəyişdirilir. Baxmayaraq ki, Mərkəzi Bank maliyyə bazarlarında vəziyyəti sabitləşdirmək üçün bəzi tədbirlər gördüyünü elan edib. Mərkəzi Bank bildirib ki, bankların türk lirəsinə olan ehtiyacı ödəniləcək, türk lirəsi ilə əməliyyatlar aparan banklara əlavə stimul veriləcək. Habelə bankların TL-yə dəyişdirmək üçün istifadə edə biləcəyi valyuta ehtiyatı 7.2 milyard avrodan 20 milyard avroya qaldırılıb.

Bununla belə Mərkəzi Bankın maliyyə bazarlarına müdaxiləsi o qədər də effektli olmayıb və lirə təkcə bugünkü hərraclarda dəyərinin daha 7 faizdən çoxunu itirib.

Son məlumata görə maliyyə bazarlarında vəziyyəti sabitləşdirmək naminə hakimiyyət hüquq-mühafizə orqanlarını da işə salıb. İstanbul Cümhuriyyət prokurorluğu “iqtisadi təhlükəsizliyi təhdid edən şəxs və ya şəxslər” barədə təhqiqat başlatdığını elan edib.

Prokurorluğun açıqlamasında deyilir ki, “Türkiyəyə qarşı iqtisadi hücumlara xidmət edən hər cür yönləndirici xəbər və görüntü yayanlar, sosial media hesablarından iqtisadi təhlükəsizliyi təhdid edən paylaşmalar həyata keçirənlər” barədə araşdırma başladılıb. Prokurorluğun bildirdiyinə görə Türkiyəyə qarşı iqtisadi hücumlar 15 iyul hərbi çevriliş cəhdinin arxasındakı qüvvələr tərəfindən həyata keçirilir.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında isə deyilir ki, ölkədə iqtisadi təhükəsizliyi təhdid edən fəaliyyətlərin qarşısının alınması çərçivəsində 345-dən çox sosial media hesabı nəzarət altına alınıb, həmin hesabların sahibləri barədə təhqiqat başladılıb.