14:50 | 27 yanvar 2019 | Bazar
Məqaləyə 1591 dəfə baxılıb
Şriftin ölçüsü
Əlcəzairdə seçki fantastikası
Prezident olmaq istəyənlərin sayı 100 nəfəri keçib
Əlcəzairdə 100-dən çox insan prezident seçkilərində namizəd qismində qeydiyyatdan keçmək uçun ərizə verib.
Cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan seçkilərdə namizədliyini irəli sürmək niyyəti ilə bağlı DİN-ə 101 müraciət daxil olub.
“Trend” bildirir ki, potensial namizədlərə imzaların toplanması üçün xüsusi formalar verilib. DİN qeyd edir ki, müraciət edənlərin 13-ü siyasi partiyaların liderləridir, digər 88 nəfər isə müstəqil namizədlərdir.