... Sendviç oğurluğu
Deputatın ilginc istefa səbəbi ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Azərbaycanlı partizana abidə
Sloveniyada Mehdi Hüseynzadənin heykəli ucaldılıb
-
Qiyamçı komandir növbəti dəfə saxlanıldı
Kosovonun sabiq baş naziri Hardinay Fransada həbs edilib
-
«Uzaq sahillərdə»ki qürurun yubileyi
Partizan Mixaylo yaddaşlardadır!
-
Sloveniyada deputat Dariy Krayçiç mağazadan sendviç oğurladığına görə istefa verib.
Xarici KİV-lər xəbər verir ki, hadisə barədə deputat özü parlamentdə iclas zamanı danışıb. Krayçiçin sözlərinə görə, mağazada olarkən 3 dəqiqə kassa qarşısında gözləyib, lakin söhbət edən satıcılar ona fikir verməyiblər. O, bu zaman qərara gəlib ki, mağazada mühafizəçilərin diqqətli olub-olmadığını yoxlasın və pulu ödəməyərək çıxıb.
Millət vəkili olayı parlamentdə danışan zaman həmkarları gülsə də, “Maryan Şareçin Siyahısı” fraksiyasının rəhbəri Brane Qolubiç onun geri qayıdaraq pulu ödəməli olduğunu söyləyib. Fraksiya rəhbəri ilə söhbətdən sonra Dariy Krayçiç istefa vermək qərarına gəlib. O, öz əməlinə görə üzr istəyərək sosial eksperimentinə görə təəssüfləndiyini bildirib. (“Qafqazinfo”)