“14 kilometr”lik üstünlük
“Poseydon” Rusiyanın Şimaldan təhlükəsizliyini təmin edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çindən ballistik raket hədəsi
Sakit okean hövzəsində gərginlik yüksəlir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
Dənizdə hərbi rəqabət əsasən ABŞ, Rusiya və Çin arasındadır. Gələcəkdə dənizdə pilotsuz sualtı aparatlar hökmranlıq edəcəklər, Vaşinqton, Moskva və Pekin də perspektiv hərbi strategiyalarında bu məsələyə xüsusi yer ayırıb.
* * *
Maraqlıdır ki, XXI əsrin başlanğıcından Çin avtomatik sualtı aparatların hazırlanması texnologiyasının hamısını məxfiləşdirib.Ekspertlər bildirirlər ki, Çinin sualtı pilotsuz aparatların inkişafında töhfəsi böyükdür. Rəsmi Pekinin bu töhfəsini nüvə proqramı ilə müqayisə etmək olar.
Çindən fərqli olaraq isə ABŞ bu sferada əldə etdiyi nailiyyətlər haqda açıq danışır.
Pilotsuz sualtı aparatlar həm dənizin üzərində, həm də suyun altında müharibə aparılmasında əsas alətdir.
Hazırda hərbi dəniz qüvvələrindəki silahlandırılma sistemləri daha da müasirləşdirilib.
Pentaqon bildirir ki, Amerikanın hərbi dəniz qüvvələrinin balansında olan sualtı aparatlar fasiləsiz olaraq patrul çəkmək xidmətlərini yerinə yetirirlər.
Həmçinin döyüş hərəkətlərinin olacağı güman edilən ərazilər haqda informasiya toplayır və həmin məlumatları yerüstü nəzarət məntəqəsinə ya da sualtı gəmilərin komandirlərinə ötürür.
Eyni zamanda bu aparatlar sualtı və suüstü obyektlər arasında informasiya mübadiləsinin sabitliyini təmin etməklə mobil mərkəz rolunu oynayır.
Pilotsuz sualtı aparatlardan ibarət olan belə şəbəkələrin yaradılması rəqib üzərində üstünlüyü təmin edir.
Mütəxəssislər ABŞ-ın pilotsuz aparatlarının imkanlarını qiymətləndirib bu nəticəyə gəliblər ki, onlar torpedaları, minaları və başqa hərbi vasitələri nəql etmək üçün istifadə olunurlar.
Bu halda Amerikanın “Manta” layihəsi diqqətəlayiqdir. Belə ki, böyük sualtı pilotsuz aparat sürətli torpedaları daşımaq qabiliyyətinə malikdir.
“Manta” layihəsinin qurğularında süni intellektdən istifadə olunur.
Başqa sualtı aparatlar 500 metr maksimal dərinlikdə işləmək gücündə olsalar da, “Manta” 500 metrdən də artıq dərinliyə enib orada işini görə bilir.
* * *
Rusiyanın da imkanları və sulardakı döyüş potensialı kifayət qədər güclüdür.
Rusiya dəniz qüvvələrinin balansında olan sualtı gəmilər dünyada ən müasir və analoqsuz hesab olunur. Çin mətbuatı yazır ki, bütün dünya “Poseydon” sualtı gəmisinə heyrandır. Ekspertlər hesab edirlər ki, bu aparat universaldır, nüvə döyüş başlıqları ilə təchiz edilmiş raketlərdən istifadə edə bilir.
“Poseydon” əməliyyat zamanı hər hansı məhdudiyyətlə üzləşmir və saatda 200 kilometr sürətlə istənilən torpedonun yerindən uzaqlaşmasına imkan verir.
Bu aparatın enmə dərinliyi rəsmən elan edilməyib. Lakin mətbuatda çıxan xəbərlərə görə, gəminin korpusunun möhkəmliyi onun 14 kilometr dərinliyə qədər enməsinə şərait yaradır.
Beləliklə demək olar ki, “Poseydon”un rəqiblərindən fərqli olaraq dərinə enmək bacarıqları çoxdur.
Hərbi dəniz qüvvələri üzrə mütəxəssislər bildirirlər ki, bu cür pilotsuz sualtı vasitələr buz altında olan Arktikada tam nəzarəti təmin edə bilər.
Qeyd edilir ki, heç bir sualtı dəniz aparatı buz altından “Poseydon”u “yarıb” Rusiya sahillərinə yaxınlaşa bilməz.