vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:55 | 30 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 1834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sıfıra enməsinə icazə verməyəcəyik”

Ruhani ABŞ-ı hədələdi

MÖVZU İLƏ ƏLAQƏLİ

“Neft satışlarımızın sıfıra enməsinə icazə verməyəcəyik”. İran mətbuatı bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani paytaxt Tehranda İşçilər Həftəsi münasibətilə təşkil olunan tədbirdə ABŞ sanksiyalarından danışarkən deyib.

Ölkəsinin neft satışında israrlı olmaqda davam edəcəyini söyləyən H.Ruhani bildirib: “İran neft ixracını güclü şəkildə davam etdirəcək”.

Birləşmiş Ştatların sanksiyalarının mərhəmətsiz olduğunu deyən İran Prezidenti sanksiyaların birbaşa xalqı hədəf aldığını qeyd edib: “İstər hökumət, istər işəgötürən, işçi, sahibkar və ya fərqli istehsal sektorları olsun, mövcud vəziyyətdə ağır bir yük daşıdığımızın fərqinə varmalıyıq”.

ABŞ-ın İran neftini sıfıra endirməklə bağlı qərarının böyük bir səhv olduğunu bildirən H.Ruhani deyib: “Amerikalılar qarşıdakı aylarda neft ixracını həyata keçirməkdə davam edəcəyimizi görəcəklər. Dövlət olaraq neft ixracını güclü şəkildə davam etdirəcəyik”.

İran Prezidenti bəzi ölkələrin ABŞ-ın təzyiqi qarşısında geri çəkilmələrini tənqid edib.

Qeyd edək ki, Ağ Evin mətbuat xidməti ABŞ Prezidenti Donald Trampın İrandan neftin və neft məhsullarının çatdırılmalarına qoyulmuş embarqonun müddətini uzatdığı barədə məlumat yayıb.

Amerika lideri imzaladığı müvafiq fərmanda əminlik ifadə edərək bildirib ki, bu sahədə İranla əməkdaşlığı dayandırmaq üçün dünyada kifayət qədər neft var.

“Mən bu nəticəyə gəldim ki, dünyada İrandan başqa xarici maliyyə təşkilatları tərəfindən İrandan neftin və neft məhsullarının ixracını əhəmiyyətli dərəcədə ixtisara salmaq üçün digər ölkələrdə də kifayət qədər neft və neft məhsulları istehsal edilir”, - deyə Amerika lideri qeyd edib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ötən il noyabrın 5-də qüvvəyə minən ikinci mərhələsi çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu. Həmin güzəştin müddəti mayın 2-də başa çatır.