vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
13:20 | 30 may 2019 | Cümə axşamı Məqaləyə 3367 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da gözlənilməz istefa

“Prezidentin federal cinayət törətmədiyinə əmin deyiləm...”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da Donald Trampın Kremllə gizli əlaqələrinə dair şübhələri iki ilə yaxın araşdırdıqdan sonra birmənalı olmayan hesabatla çıxış edən xüsusi prokuror Robert Müller Ədliyyə Nazirliyindən istefa verib.

Müllerin istefasının səbəbi kimi demokrat konqresmenlərin onu Trampı “təmizə çıxarmaq səylərində” günahlandırması göstərilir.

Müller iki ildən bəri ilk dəfə publika qarşısına çıxıb və apardığı təhqiqat barədə danışıb. Deyib ki, prezident Donald Trampa qarşı cinayət ittihamının irəli sürülməsi onun təhqiqatı üçün “variantlardan biri deyildi”.

Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran təhqiqatı başa çatdırdıqdan sonra ilk dəfə bəyanat verən Müller deyib ki, bunun nə üçün variantlardan biri olmadığı onun hesabatında izah olunub.

Bu izahatda deyilir ki, ABŞ Ədliyyə Nazirliyinin uzun müddətdir qüvvədə olan mövcud siyasətinə görə hakimiyyət müddətində olan prezidentə qarşı cinayət ittihamı irəli sürülə bilməz.

Müller nazirliyin bu qaydasının qeyri-konstitusiya səciyyəsi daşıdığını söyləyib. O bildirib ki, belə bir ittihamların hətta ictimaiyyətdən məxfi saxlanılması da qadağan olunub.Robert Müller əlavə edib ki, xüsusi prokurorun ofisi də Ədliyyə Nazirliyinin nəzdindədir və nazirliyin qaydaları ona da şamil edilir: “Məhz buna görə də hakimiyyətdə olan prezidentə qarşı cinayət ittihamının irəli sürülməsi bizim baxa biləcəyimiz bir variant deyildi”.

Lakin o bunu da bildirib ki, prezidentin federal cinayət törətmədiyinə dair əminlik olmayıb: “Belə əminlik olsaydı biz bunu aydın şəkildə deyərdik”. Müller dərhal əlavə edib: “Biz prezidentin cinayət törətdiyinə dair də qəti nəticəyə gəlməmişik”.

Xüsusi prokuror deyib ki, Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair araşdırma belə bir müdaxilənin olduğunu tam isbata yetirib.

Müllerin hesabatı habelə Trampın və onun komandasından olan başqalarının Müller təhqiqatına maneçilik törədib-törətmədiyinə dair məsələyə də aydınlıq gətirir. Belə bir hal federal cinayət əməli sayılmalı idi.

Robert Müller deyib ki, o əgər Konqres qarşısında ifadə verməyə çağırılsa belə, hesabatda olduğundan daha artığını deyə bilməz. O, eyni zamanda xüsusi prokurorluq şöbəsinin bağlandığını, özününsə Ədliyyə Nazirliyindən istefa verdiyini elan edib.

Lakin Müllerin hesabatındakı əsas məsələlərə, habelə Trampın biznes və maliyyə fəaliyyətinə dair bir neçə Konqres komitəsində paralel təhqiqatlar davam edir. Bu arada demokratlar arasında Trampa qarşı impiçment dinləmələrinə başlanmasına çağırışlar getdikcə artır. Müllerin dünən mayın 29-da etdiyi çağırışlardan sonra Konqresdə impiçment prosedurunun başladılmasına çağırışlar edilir. Belə ki, Nümayəndələr palatasının spikeri Nensi Pelosi impiçmentə çağırıb, onun çağırışına bir çox demokratlar dəstək veriblər.

Prezident Tramp isə Müllerin çıxışına Tvitter-dən reaksiya verib: “Müllerin hesabatında yeni heç nə yoxdur. Kifayət qədər sübut yoxdur, deməli adam günahsızdır. İş bağlanıb. Sağ olun”.

Ağ evin mətbuat katibi Sara Sanders isə deyib ki, əgər Müller prezidentin hərəkətlərində kriminal tapsaydı bunu bəan etməli idi. Bəyan etməyibsə deməli belə əməl də yoxdur.

“Müllerin ədalətin əngəllənib-əngəllənmədiyi haqda qənaətə gəlməyə ixtiyarı yoxdur. Bunu baş prokuror edə bilər. Baş prokuror isə Müllerin hesabatındakı informasiyalara əsaslanıb belə qənaətə gəldi ki, müdaxilə olmayıb”-Sara Sanders deyib.

Beləliklə, Müller missiyasını baş vurub getsə də mübahisələr yenidən qızışır və keçmiş xüsusi prokurorun birmənalı olmayan eyhamları prezidentin başını belə görünür, hələ çox ağrıdacaq.