vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
11:20 | 11 iyun 2019 | Çərşənbə axşamı Məqaləyə 2229 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Məni dinləmədi, səhv etdi”

Tramp FED-in dağıdıcı olduğunu deyib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp, CNBC televiziyasına verdiyi açıqlamasında, “Fed məni dinləmədi, səhv etdi” deyib və qurumunn “çox dağıdıcı” olduğunu söyləyib.

Çin ilə ola biləcək bir ticarət razılaşması mövzusunda, “Çin müqavilə bağlayacaq, çünki bunu etmək məcburiyyətində qalacaqlar” deyən ABŞ Prezidenti, ola biləcək bir razılaşmanın müvəffəqiyyətli olacağını söyləyib.

Tramp, Çinin milli pulunu devalvasiya etdiyini də bildirib.

ABŞ ilə Meksika arasında keçən Cümə açıqlanan razılaşmaya toxunan Tramp, ABŞ-ın şüurlu olaraq razılaşmanın bir hissəsini müzakirə etmədiyini, söz mövzusu qismin ABŞ üçün “çox əhəmiyyətli bir vasitə” olduğunu ifadə edib.

ABŞ Prezidenti, Yaponiyada bu ayın sonunda keçiriləcək G - 20 zirvəsində Çinli həmkarı ilə görüşə ümid etdiyini, iki tərəfin razılaşmaya çata bilməməsi halında Çin idxalına verginin artırılacağını dilə gətirib.

ABŞ Prezidenti “Huawei”nin Çin ilə ABŞ arasındakı ticarət danışıqlarının bir hissəsi ola biləcəyini vurğulayıb.