vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
21:44 | 12 iyun 2019 | Çərşənbə Məqaləyə 1550 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Məni prezident seçin, xərçəngə çarə tapım”

Co Baydendən qeyri-adi seçki vədi

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi Co Bayden iddialı bəyanatlar verib. Xərçəng xəstəliyindən oğlunu itirmiş Bayden prezident olacağı təqdirdə, bu xəstəliyin müalicəsini tapacağını deyib.

Ayovada seçki kampaniyası zamanı danışan ABŞ-ın keçmiş vitse-prezidenti Bayden 46 yaşında beyin xərçəngi səbəbiylə 2015-ci ildə itirdiyi oğlu Bo Baydeni xatırlayıb: "Mən karyera ərzində bundan əmin olmaq üçün çox çalışdım. Əgər prezident seçilsəm, Amerikanı dəyişdirəcək yeganə şeyin gerçəkləşdiyinə əmin olacaqsınız. Buna söz verirəm. Biz xərçəngin müalicəsini tapacağıq".

Co Bayden əvvəllər də xərçənglə bağlı oxşar şərhlər verib. Barak Obamanın prezidentliyi dövründə o, 2016-cı ildə vitse-prezident kimi çalışanda "Cancer Moonshot" adlı bir proqrama başlamış və xərçəng araşdırmalarını maliyyələşdirmişdi.

Bayden elə həmin il Vatikanda iştirak etdiyi beynəlxalq konfransda çıxış edərək Xərçənglə Mübarizə Fondunun yaradılmasının zəruriliyindən danışmışdı.

O, vitse-prezident vəzifəsindən ayrıldıqdan sonra da bu məsələ ilə bağlı işlərini davam etdirmişdi.