vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
14:24 | 30 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 1877 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ya bizimlə olacaqsınız, ya da …”

Türkiyədən ABŞ-a son xəbərdarlıq

Türkiyə milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Mark Esper ilə telefonla danışıb.Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada Türkiyənin PKK/YPG ilə bağlı ABŞ qarşısında konkret tələblərlə çıxış etdiyi bildirilib.

“Nazir Akar tərəfindən həyata keçirilən telefon danışığında ABŞ-dan terror təşkilatı PKK/YPG-yə dəstəyini tamamilə dayandırması tələb edilib. Türkiyənin cənubunda terror dəhlizinin qurulmasına icazə verməyəcəyimizi bildirdik.

Türkiyənin yalnız öz ölkəsi və millətinin təhlükəsizlik , etibarlılığını deyil, eyni zamanda bölgədə yaşayan kürdlər, ərəblər, asurilər, xristianlar və yezidilər kimi digər dini və etnik qrupların da təhlükəsizlik və etibarlılığını qorumaq istədiyi ifadə edilib. Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsiz bölgəyə dair tələblərimizi irəli sürdük. Türkiyənin təhlükəsiz bölgədə nəzarəti təmin edə biləcək tək güc olduğunu bildirdik. Həmin bölgədə olan PKK/YPG-nin bütün silahlarının toplanmasını tələb etdik. PKK/YPG-nin həmin bölgədən çıxarılması da tələblərimiz arasındadır. PKK/YPG-nin bölgədəki bütün tunelləri və mövqelərinin məhv edilməsini istədik. Bütün bu işlərin ABŞ ilə koordinasiyalı şəkildə Türkiyə tərəfindən həyata keçirilməsi tələb edildi.

Cənab prezidentimiz Ərdoğanın 26 iyul 2019-cu il tarixində ifadə etdiyi kimi, ABŞ ilə ortaq bir nöqtəyə gələ bilməsək, təhlükəsiz bölgəni formalaşdırmaq üçün təkbaşına əməliyyat keçirmək məcburiyyətində qalacağımızı acıq şəkildə ifadə etdik" - Milli Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir. (avropa.info)