17:45 | 30 dekabr 2012 | Bazar
Məqaləyə 2100 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya Suriyaya hərbi gəmi göndərir
«Moskva Suriyadakı vətəndaşlarını köçürməyə hazırlaşır»
Rusiya Qara dəniz Donanmasının «Novoçerkassk» desant gəmisi Novorossiysk limanından Suriyanın Tartus limanına yola düşüb. «İnterfaks»ın yazdığı məlumata görə, yaxın günlərdə gəmi bir neçə dəniz piyada takımı və döyüş texnikası qəbul edib.
Yanvarın birində «Novoçerkassk»-ın Egey dənizinə çıxaraq, Rusiya Qara dəniz donanması döyüş gəmilərinin dəstələri ilə görüşəcəyi gözlənilir.Tartus Rusiyanın keçmiş SSRİ-dən qalma yeganə xarici hərbi bazasıdır.
Mənbənin bildirdiyinə əsasən, bir müddət öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirmişdi ki, Moskva Suriyadakı vətəndaşlarının köçürülməsi planını hazırlayır.