vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
00:10 | 2 mart 2014 | Bazar Məqaləyə 1691 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ 2008-ci ildən bilirmiş

Sara Peylin: «Dikbaş ekspertlər dəqiq proqnozlarıma gülsələr də, mən bu xəbərdarlığı etmişdim»

MÖVZU İLƏ ƏLAQƏLİ

Respublikaçılar Partiyasından ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin rus qoşunlarının Ukraynaya girəcəyini 6 il qabaq bildiribmiş. ANS PRESS-in məlumatına görə, bu barədə «CNN» telekanalı bu gün yada salıb.

Böhrandan hələ çox əvvəl 21 oktyabr 2008-ci il tarixdə Nevada ştatının Rino şəhərində Peylindən xarici siyasət baxımından Barak Obamanın qabiliyyətini qiymətləndirmək xahiş ediblər. Buna cavab olaraq Peylin öz öncəgörmələrini bildirib: «Rus ordusu Gürcüstana girdikdən sonra senator Obamanın reaksiyası çox qərarsız və zəif oldu, adama elə gəlir ki, bu reaksiya Rusiya prezidenti Putini, daha sonra Ukraynaya girməyə həvəsləndirəcək».

Sara Peylin isə öz «Facebook» səhifəsində Rusiya ilə Ukrayna arasındakı böhranı hələ çox əvvəldən hansı səbəbdən proqnozlaşdırmasına izahat verib. «Mən elə adam deyiləm, qürrələnəm ki, «mən bunu demişdim», amma mənim dəqiq proqnozlarıma dikbaş ekspertlər gülsələr də, mən bu xəbərdarlığı etmişdim», - deyə Peylin bu gün «Facebook»da yazıb.