vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:24 | 2 mart 2014 | Bazar Məqaləyə 2341 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rus kilsəsi xeyir-dua verdi

Patriarx Kirill Putindən geri qalmır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rus Pravoslav Kilsəsi Krımda baş verənləri «Rusiya döyüşçülərinin azadlığın və rus özünəməxsusluğunun qorunması uğrunda yerinə yetirdiyi missiya» adlandırıb.

Virtualaz.org-un Rusiya nəşrlərinə istinadən verdiyi xəbərə görə, patriarx Kirillin başçılıq etdiyi Rus Pravoslav Kilsəsinin mətbuat xidmətindən bildiriblər ki, kilsə Rusiyanın Ukraynada başladığı əməliyyatı dəstəkləyir.

Rus Pravoslav Kilsəsi aşağıdakıları bəyan edib: «Rus xalqı öz tarixi əraziləri hüdudlarında parçalanmış xalqdır. Ruslar vahid dövlət orqanizmi halında birləşmək hüququna malikdirlər. Ümid edirik ki, rusiyalı döyüşçülərin bu insanların azadlığını və özünəməxsusluğunu qorumaq missiyası böyük toqquşmalara gətirib çıxara bilən ciddi müqavimətlə üzləşməyəcək».

Yada salaq ki, bundan əvvəl isə pravoslav din xadimlərinin bir qrupu patriarx Kirillə müraciət edərək Ukrayna ilə müharibədən qaçmaq üçün ondan prezident Putinə təsir göstərməyi xahiş etmişdilər.

«Əgər Moskva Ukraynaya qoşun yeritsə, Ukrayna və Rusiya xalqları qardaş qırğını demək olan ağır müharibəyə cəlb olunacaqlar» - deyə müraciətdə bildirilirdi.