Dünya Kremlin üzərinə yeridi
ABŞ, NATO Rusiyaya xəbərdarlıq etdi; Qərb ölkələri öz səfirlərini Moskvadan geri çağırdı; Ukrayna ordusu döyüş vəziyyətinə gətirildi, ölkədə hərbi səfərbərlik başladı...
KƏNAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
“Bu nifrət cinayətidir”
Şimali İrlandiya polisi müsəlmanlar əleyhinə olan plakatları yığışdırıb
Martın 1-də Rusiya Dövlət Duması prezidentə hərbi müdaxilə icazəsi verdikdən sonra Ukraynada gərginlik son həddə çatıb. Ötən gün səhər saatlarında Ukrayna Milli təhlükəsizlik və müdafiə Şurası ölkədə səfərbərlik elan edib. Ukraynanın Ali Radasının sədri, prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukraynanın silahlı qüvvələrinin tam döyüş hazırlığına gətirilməsi əmri verib. Eyni zamanda Ukrayna hərbi komissarlıqları ehtiyatda olan hərbi qulluqçulara təcili çağırış vərəqəsi göndərib. Bu qərar ölkədə ümumi səfərbərliklə bağlıdır.
Dünən gündüz saatlarında Rusiyanın Krıma yeritdiyi desant qüvvələrinin Ukrayna ordusunun Sevastopoldakı hərbi hissəsinə hücuma keçməsi haqda xəbər yayılıb. Xəbərdə Rusiya desantçılarının Ukrayna hərbi dəniz qüvvələrinin 39-cu xüsusi təyinatlı hissəsinə həmlə etdiyi, ancaq bir qədər sonra çəkilib getdiyi bildirilir. Belə ki, hərbi hissənin ərazisinə soxulan rus hərbi maşını Ukrayna BTR-ləri ilə dayandırılıb. Yaranan qarşıdurmada Ukrayna ordusunun bir neçə zabiti əsir götürülüb, kazarmalardan birində yanğın başlayıb. Ancaq qarşıdurma daha da böyüməyib və ruslar geri çəkiliblər. Rus hərbçiləri bildiriblər ki, yenidən qayıdıb bazanı ələ keçirəcəklər.
Ukrayna hərbi bazasının komandiri əsgərlərinə «ölərik, ancaq ruslara təslim olmarıq» əmri verib. Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, Perevalnıy kəndində dislokasiya olunmuş 39-cu briqadanın komandirinə Rusiya «spesnaz»ı tərəfindən ultimatum verilib.
Ukrayna ordusu hərbi döyüş vəziyyətinə gətirilib. anspres-in məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubiy Ali Radada keçirilən brifinq zamanı məlumat verib. O qeyd edib ki, bu, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin gizli qərarının ikinci bəndidir.
Parubiy onu da qeyd edib ki, komitənin qərarında Ukrayna Müdafiə Nazirliyi, Silahlı Qüvvələrinin Baş Qərargahıyla müəyyən edilmiş müddətlər çərçivəsində hərbiçilər üçün tədris qrupları təşkil etməli olduğu göstərilib. Parubiy qərarda Krım Muxtar Respublikasında vəziyyətlə əlaqədar olaraq operativ qərargahın yaradılmasının nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, yeni yaradılacaq qərargahda hökumət nümayəndələri təmsil olunmalıdırlar.
Qeyd edək ki, ötən gün Rusiya KİV-lərində Ukrayna ordusu hərbçilərinin Krım ərazisindəki hərbi hissələrini tərk etdikləri barədə məlumat yayılıb. Ancaq Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi olaraq bəyan edib ki, yayılmış məlumatlar həqiqətə uyğun deyil və təxribat xarakterlidir.
***
Martın 2-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) təcili toplantısı keçirilib. Ukrayna mediasının məlumatına görə, MTMŞ-nin toplantısında Ukrayna üçün önəmli qərarlar qəbul edilib. MTMŞ-nin katibi Andrey Parubiyin sözlərinə görə, həmin qərarlardan biri hələlik məxfi saxlanmaqdadır. Digər qərarlara əsasən isə, Ukrayna ordusu tam şəkildə döyüşə hazır vəziyyətə gətirilib. Dünya dövlətlərinin diplomatik idarələrinə Ukraynanın Rusiya təcavüzündən müdafiə edilməsiylə bağlı müraciət ünvanlanıb.
Eyni zamanda Krım Muxtar Respublikasında vəziyyətin normallaşdırılması üçün MTMŞ-nin rəhbərliyinin təmsil olunduğu nümayəndə heyətinin formalaşdırılması qərarlaşdırılıb.
Digər məlumata görə, Ukrayna Ali Radası ölkənin təhlükəsizliyinə qarant olan ölkələrə təcili kömək üçün müraciət edib. Ukraynadakı hadisələr getdikcə daha dramatik xarakter almaqdadır.
Daha bir məlumata görə, ötən gün səhər tezdən Kiyevdə hərbi komissarlıqlar səfərbərlik başlandığını elan ediblər. Hərbi mükəlləfiyyətli bütün kişilər qeydə alınır.
***
Rusiyanın Ukraynaya hərbi müdaxilə cəhdinə Qərb ölkələrindən sərt təpkilər gəlib. Ötən gün Ağ Evdə prezident Obama müdafiə naziri Çak Heygel də daxil olmaqla ölkənin ən yüksək vəzifəli hərbi və milli təhlükəsizlik şəxsləri ilə intensiv görüşlər keçirib. Ağ Evdən jurnalistlərə sızdırılan məlumat ondan ibarətdir ki, hazırda Ağ Ev bütün çıxış yollarını müzakirə etməkdədir. Bu isə o deməkdir ki, müzakirə obyekti yalnız diplomatik yol deyil, eyni zamanda hərbi variant da stol üstündədir.
Ölkənin qanunverici orqanı olan Konqres də Ağ Evin siyasətini dəstəkləməkdədir. Konqres üzvləri ikinci Gürcüstanın təkrarlanmasına yol verməməyin vacibliyini qeyd ediblər.
Kanadanın baş naziri Steven Harper də ölkəsinin Rusiyada keçiriləcək «Böyük səkkizlər»in sammitinə hazırlığı dayandırdığını və Moskvadakı səfirini geri çağırdığını elan edib. Analoji addımı Britaniya hakimiyyəti də atıb. ABŞ dövlət katibi Con Kerri növbəti bəyanatla çıxış edərək deyib ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları regionda gərginliyi artıracaq və Vaşinqtonla Moskva arasında münasibətləri korlayacaq. O, Ukraynaya hərbi müdaxilənin Rusiyaya baha başa gələcəyi barədə xəbərdarlıq edib.
Bu arada rusiyalı müxalifət lideri Mixail Kasyanov isə twitter səhifəsində Qərb ölkələrinin səfirlərini Moskvadan geri çağırdığını yazaraq əlavə edib: «ABŞ və Kanada Rusiya Federasiyası ilə «Böyük səkkizlik» çərçivəsindəki qarşılıqlı əməkdaşlığı dayandırıblar. Bu ölkələrin səfirləri Moskvanı tərk ediblər. ABŞ prezidenti Barak Obama NATO ilə məsləhətləşmələrə başlayıb. Rusiyanın özünün özünü təcrid etməsi prosesi artıq başlayıb».
Keçən gün həmçinin, NATO baş katibi Andres Foq Rasmussen də Ukraynada baş verənlərə münasibət bildirib. «Rusiya Ukraynanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinə hörmət etməlidir, bu həmçinin Rusiya qoşunlarının Ukrayna ərazisində irəliləməsinə də aiddir». NATO baş katibi twitter səhifəsində belə yazıb. Eyni zamanda o, NATO-nun müttəfiqləri sıx əlaqələndirməni davam etməli olduğunu yazıb.
Roma Papası Fransisk də Ukraynada baş verənlərə münasibətini bildirib. Vatikan radiosunun xəbərinə görə, Papa bazar günü duasından sonra iştirak edənlərə müraciət edərək Ukrayna xalqı üçün dua etməyi xahiş edib.
***
Rusiya hakimiyyətinin Ukraynaya hərbi müdaxilə qərarı aldığı bir vaxtda Moskvada Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında Ukrayna ilə müharibə əleyhinə mitinq keçirilib. Aksiya iştirakçıları «Müharibəyə yox deyirik!» şüarları səsləndiriblər. Onların çoxunun əlində Ukrayna bayraqları olub. OMON Ukrayna himnini oxuyan onlarla adamı həbs edib. Rusiya Müdafiə Nazirliyinin binasının mühafizəsi gücləndirilib.
Ukraynaya müdaxiləyə etiraz olaraq daha bir aksiya Sankt-Peterburqda Nevski prospektində keçirilib. Dünən Minskdə də Ukraynaya qarşı Rusiya təcavüzünə etiraz olaraq aksiya keçirilib.
Bundan başqa dünən Kiyevin Müstəqillik meydanında Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyası keçirilib. «İnterfaks-Ukrain» agentliyinin məlumatına görə, aksiyaya dəstək vermək üçün 10 mindən çox adam Maydana toplaşıb. Aksiya Ukraynada yaşayan müxtəlif dini icmaların nümayəndələrinin çıxışları ilə başlayıb. Din xadimləri hər kəsi Ukraynanın birliyini və ərazi bütövlüyünü qorumağa, Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı çıxmağa çağırıblar. Maydanda çıxış edən Gürcüstan nümayəndələrindən biri isə bəyan edib ki, Gürcüstanda Ukrayna ərazisinin müdafiəsi məqsədilə könüllü batalyon yaratmağa hazırdırlar.