İrəvanda Rusiya xofu artır
Ermənilər üçün Ukrayna və Gürcüstan nümunəsi
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
“Əvvəldən də deyirdik ki, regionda, xüsusən də Qarabağın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən bundan sonra da lokal olaraq bu təxribatlar baş verəcək. Ermənilər bir yerdə sakit oturan deyillər”. Bu sözləri hərbi-siyasi ekspert, ermənişünas Telman Qasımov deyib.
O bildirib ki, nə Qərb, nə də Rusiya Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasını istəyir:
“Arxalı köpəyi qurd basar”. Ermənilər də bu prinsiplə gedirlər. Ermənistan tərəfinin törətdiyi bu təxribatlarla bir məqsədi var ki, baş qarışdırsınlar, onlar da vaxt udsunlar. Vaxt qazandıqca da düşünürlər ki, Avropa ölkələrindən onlara dəstək gələcək. Bəli, xüsusən də Qazaxıstan, Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı Ermənistanda anti-Rusiya kampaniyası daha da güclənib. Düşünürlər ki, əgər Qərb Ukraynaya Rusiyadan qurtulmaq üçün dəstək verdisə, deməli bu vaxt bizə də çatacaq, biz də Rusiyanın əsarətindən qurtulacağıq. Ona görə də, bu təxribatları baş qarışdırmaq üçün edəcəklər, xüsusən də diqqəti bura yönəltmək üçün.
Təbii ki, Ermənistan ordusunda hələ də Paşinyana tabeçilik yoxdur. Nəinki orduda, ümumiyyətlə Ermənistanın dövlət institutları ümumiyyətlə işləmir, iflic vəziyyətindədir. Adi bir universitet rektoru Paşinyana tabe olmur, indi təsəvvür edin ki, bu ölkə nə vəziyyətdədir. Paşinyan da çalışır ki, həbslərlə ona qarşı çıxanları, daha çox radikalları zərərsizləşdirə, qarşılarını ala bilsin, amma yenə də bunun öhdəsindən gələ bilmir. Çünki Paşinyana qarşı artıq demək olar ki, kütləvi şəkildə həm keçmiş hərbçilər, xüsusən də indiki müxalifət, əsas da Milli Demokrtaik Qütb Hərəkatı böyük kampaniyalar aparırlar. Xüsusən də anti-Rusiya və Qərbyönümlü siyasət yürüdürlər. Düşünürlər ki, bu istiqamətdə fəallıq göstərib, Ukrayna, Gürcüstan kimi mövqelərini ortalığa qoya bilsələr, milli azadlıq hərəkatlarını yarada bilsələr, Qərb onlara mütləq şəkildə dəstək olacaq. Fikirlərşirlər ki, amma nə qədər ki, Paşinyan Rusiyanın vassalı olmaqda davam edirsə, Qərb Ermənistana heç bir köməklik göstərməyəcək, vəziyyəti zaman keçdikcə daha da pisləşəcək.
İki gün əvvəl Aİ-nin İrəvandakı nümayəndəliyinin qarşısındakı aksiya və həmin aksiyada səsləndirilən şüarlar da məhz elə bununla bağlı idi ki, Avropa İttifaqı Ermənistanda insan haqlarını, söz azadlıqlarını məhkəmələrdəki özbaşınalıqları və hakimiyyətin yürütdüyü bu qeyri-demokratik hərəkətlərinə göz yumur. Bütün bunlar Aİ-nin Ermənistandakı nümayəndəliyinin gözü qarşısında baş verir və heç bir müdaxilə etmirlər. Yəni bu ittihamlarla Aİ-nin Ermənistandakı nümayəndəliyini günahlandırdılar ki, bu məsələləri görməzdən gəlirsiniz.
Ermənistanın hazırda çalışdığı odur ki, Azərbaycanı təxribata çəkərək silaha əl atmağa məcbur qoysun. Həmin an dünyaya car çəksinlər ki, “Gördünüz?! Bizimki bunlarla alınmır”. Bu baxımdan həm Paşinyanın, həm də daxili, siyasi vəziyyətin gərgin olması bütün bu proseslərə əngəl olur. Təbii ki, Ermənistanın baş nazirinin bugünkü siyasi mövqeyi, dəsti-xətti bəllidir: regionda sülh istəyir, qonşu ölkələrlə problemlər olmasın, kommunikasiyalar açılsın. Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyini bildirməsi fonunda bütün bu qüvvələr istəmirlər ki, bunlar baş versin və sabitlik olsun. Çünki sabitlik olarsa, hər şey düzələrsə, burada Qərbin iştirakı, mövqeyi sual altına düşə bilər.
Burada iki maraqlı tərəf var: Rusiya maraqlı deyil ki, Ermənistanla Türkiyənin münasibətləri yaxşı səviyyəyə çatsın, - bunu heç Qərb də istəmir. Çünki əgər Ermənistanın Türkiyə ilə münasibətləri düzələrsə, burada da artıq Rusiyanın hansı əhəmiyyəti, hansı təsiri qala bilər?! Rusiya Ermənistana o təsiri itirə bilər, rəsmi Moskva da bundan narahatdır.
Qərb də ona görə narahatdır ki, əgər Türkiyə ilə Ermənistanın münasibətləri normallaşarsa, burada artıq avtomatik olaraq yenidən Ankaranın Moskva ilə münasibətləri ikiqat möhkəmlənə bilər”. (Milli.az)