vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:05 | 3 mart 2014 | Bazar ertəsi Məqaləyə 1461 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obamadan hərb təklifi

Rusiya «Böyük səkkizlər»dən çıxarıla bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama Ukraynaya hərbi müdaxilənin qarşılığında Rusiyaya qarşı hərbi xarakterli addımlar atmağı təklif edib. Bu barədə UNİAN dövlət katibi Con Kerriyə istinadən məlumat yayıb. (musavat.com)

Xəbərə görə, Ağ Ev qəti addımlara hazır olduğu barədə bəyan edib. Eyni zamanda Vaşinqton konfliktin hərbi qarşıdurma olmadan yoluna qoyulacağına ümid edir.

Moskvaya qarşı əsas təsir variantı kimi ABŞ iqtisadi sanksiyaların tətbiqini görür. «Rusiya «Böyük səkkizlər»in Soçi sammitindən məhrum ola bilər. Situasiya dəyişməsə, bu ölkə hətta G8-dən çıxarılacaq», - deyə Kerri bildirib.

Dövlət katibi həmçinin, vacib məsələlərdən biri kimi, ABŞ Konqresinin Ukrayna iqtisadi yardım paketi hazırlamağın vacibliyini qeyd edib.