vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
15:57 | 17 fevral 2022 | Cümə axşamı Məqaləyə 926 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Harris Münhenə gedir

Rusiya-Ukrayna böhranı ABŞ vitse-prezidentinin gündəmində olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəsmilərin bildirdiyinə görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris cümə axşamı Münhenə yola düşəcək və müttəfiqləri ilə müzakirələr zamanı əsasən diqqəti Rusiya-Ukrayna böhranına yetirəcək.

Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə rəhbərlik edən Harrisin Almaniyada olarkən Ukrayna prezidenti Vladimir Zelenski, NATO-nun baş katibi Yens Stoltenberq, eləcə də Latviya, Litva və Estoniya liderləri ilə görüşləri planlaşdırılır.

Administrasiya rəsmilərinin dediyinə görə, Harris şənbə günü Qərb ölkələri və NATO üzvləri arasında diplomatik, hərbi və iqtisadi cəbhələrdə birlik səviyyəsini vurğulayacaq bir çıxış etməlidir.

“Vitse-prezident bu birliyin necə güc mənbəyi olduğunu vurğulayacaq ki, bu da bizə Rusiyanın istənilən növbəti təcavüzünə tez və sərt cavab verməyə imkan verəcək” - deyə, administrasiyanın yüksək rütbəli rəsmisi çərşənbə günü keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

“Onun çıxışı həm müttəfiqlərimizi və tərəfdaşlarımızı öhdəliklərimizə və Rusiyanın təcavüzü qarşısında NATO və müttəfiqlərimizi gücləndirməyə sadiq olduğumuza dair əminlik yaradacaq. Və o, Ukraynaya növbəti müdaxiləsinin Rusiyanı zəiflədəcəyindən danışacaq” - deyə, rəsmi əlavə edib.

Rəsmilərin dediyinə görə, səfərin əsas məqsədi Qərb müttəfiqlərinin ”uyğunlaşmasından” tam əmin olmaq və gələcək yol haqqında Rusiyaya aydın mesaj göndərməkdir.

Administrasiya rəsmisi "Biz diplomatiya və çəkinməyə üstünlük veririk, lakin Rusiya təcavüzü seçərsə, biz hazırıq" deyib.

Rusiya Ukraynaya müdaxilə etmək planının olmadığını təkrar edib. Çərşənbə axşamı və çərşənbə günü ilhaq olunmuş Krım yarımadasında da olmaqla, bəzi hərbi təlimlərin başa çatdığını və hərbi hissələrin öz bazalarına geri döndüyünü bildirib və bunu əks etdirən video təqdim edib.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü deyib ki, Rusiya qüvvələrinin Ukrayna sərhədindən çəkilməsinə dair heç bir dəlil yoxdur və Rusiya hələ də “heç bir xəbərdarlıq etmədən Ukraynaya genişmiqyaslı müdaxilə edə bilər”.