vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
11:03 | 18 fevral 2022 | Cümə Məqaləyə 693 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mənə çox arxayın olma”

Çin-Rusiya qardaşlığında qırmızı xətt

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın təzyiqləri ilə üz-üzə qalan Çin siyasi mövzularda Rusiyaya dəstək verir, Pekin Ukrayna böhranı və NATO-nun genişlənməsi məsələsində Kremlin yanında yer alıb. Ancaq eyni sözləri iqtisadi əlaqələrdə söyləmək çətindir. Misal üçün Çin ticarətdə bəlli səbəblərdən ABŞ-a qarşı yüzlərlə məhdudiyyət həyata keçir. Maraqlıdır ki, oxşar məhdudiyyətlər Pekinin strateji tərəfdaş adlandırdığı Rusiyaya qarşı da həyata keçirilir. Bəs bunun səbəbi nədir?

Pekin sözdə bu məhdudiyyətləri “pandemiyanın yayılmasına qarşı mübarizə” ilə əlaqələndirir. Ancaq rusiyalı ekspertlər bunun doğru olmadığı qənaətindədirlər. Onların fikrincə, dünyaya müxtəlif mallar ixrac edən Çin öz bazarını xarici məhsullardan qorumağa çalışır. Bu o deməkdir ki, Rusiya Çin bazarına o qədər də ümid etməməlidir. Rusiya Ukraynaya müdaxilə edərsə iki problemlə üzləşəcək. Birincisi, ABŞ və Avropa dövlətləri Rusiyanın müxtəlif məhsullarının ixracına qadağalar qoyacaqlar. İkincisi, Avropa bazarı Rusiya qazından tədricən imtina siyasətinə başlayacaq. Belə olan halda Kreml düşünürdü ki, Qərb ölkələrinə sata bilməyəcəyi məhsulları və qazı bütövlüklə Çinə yönəldəcək. Ancaq Pekin məhdudiyyətlər həyata keçirməklə Kremlə mesaj yollayır ki, ona çox da arxayın olmasın. Çin öz bazarını Rusiya məhsulları üçün məhdud saxlayarsa bu Qərblə üz-üzə qalan Rusiyanın iqtisadi çöküşünü sürətləndirə bilər.