vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
14:45 | 20 fevral 2022 | Bazar Məqaləyə 634 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərbi müdaxilənin Çin fəsadları

Pekin Ukrayna böhranı zamanı necə cavab verə biləcəyini düşünür

MÖVZU İLƏ ƏLAQƏLİ

Analitiklər deyir ki, Ukrayna böhranı intensivləşdiyi halda Çinin Rusiya ilə dərinləşən əlaqələrinin geosiyasi və iqtisadi fəsadları olacaq. İki dünya qüdrəti bu yaxınlarda hərtərəfli strateji təfədaşlıqlarını intensivləşdirsələr də, Pekin Moskvanın qonşusunu hərbi mühasirəyə almasına tam şəkildə dəstəyini ifadə etməyib.

Pekinin Rusiya-Ukrayna münaqişəsi Qərblə münasibətləri pisləşdiyi, iqtisadiyyatı isə yavaşladığı bir vaxt Çinin milli maraqlarına uyğun gəlmədiyinə dair işarələr var.

Çin cümə günü bir daha böhranın siyasi həllinə çağırıb. “Minsk-2 razılaşmasının əsasında Rusiya daxil olmaqla bütün tərəflərin məntiqli təhlükəsizlik narahatlıqlarını dialoq və danışıqlar yolu ilə düzgün şəkildə həll etmək üçün səylər göstərilməlidir”, Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

“The Wall Street Journal” bu həftə bildirib ki, Pekin Ukrayna məsələsində Rusiya Prezidenti Vladimir Putini dəstəkləyib-dəstəkləməməyi nəzərdən keçirir. Xəbərdə bildirilib ki, məsələ ilə tanış olan insanların dediyən görə, Çinin yüksək səviyyəli liderləri Çinin böhrana öz maraqlarına xələl gətirmədən necə cavab verə biləcəyini müzakirə ediblər.

“Mən Çinin Rusiyanı hər hansı mənalı bir şəkildə dəstəkləyib, ABŞ-Çin münasibətlərinə əhəmiyyətli ziyan vurmayacağını düşünmürəm”, Corc Meyson Universiteinin Siyasət və Hökumət məktəbinin dosenti Maykl Hanzaker bildirib.

ABŞ bu yaxınlarda Çinin Rusiyaya dəstəyini ciddi şəkildə qınayıb.

Milli təhlükəsizlik müşaviri Cek Sallivan Çini Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə “təsdiqləmək”də ittiham edib və deyib ki, “Mən inanıram ki, Çin buna görə dünyanın gözü önündə, ələlxüsus da avropalı tərəfdaşlarımız və müttəfiqlərimizin gözündə bunun fəsadları ilə üzləşəcəklər.”


Münasibətlər sınaqdan keçəcək


Rusiya ilə Ukrayna arasında mümkün münaqişə Pekinlə Moskva arasında münasibətləri sınaqdan keçirə bilər. Volker deyib ki, əgər Çin iqtisadiyyatının üzləşəcəyi fəsadlardan qorxaraq Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl etsə, Moskva onu etibarsız tərəfdaş olaraq görəcək.

Volker vurğulayıb ki, Şi və Putinin Pekin Olimpiadasında görüşündən sonra yayılan birgə bəyanatda Çin ilk dəfə olaraq NATO-nun genişləməsinə açıq şəkildə etiraz edib, ancaq Ukraynanı qeyd etməyib.

Ekspertlər həmçinin bildirir ki, Çin 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsini tanımayıb, çünki separatizmə qarşı mübarizə Çinin milli təhlükəsizliyinin mərkəzinə qoyur.


Müharibə sabitliyə xələl gətirir


Çinin Ukrayna ilə əhəmiyyətli maliyyə əlaqələri var. Çin Kiyevin ən böyük ticarətə tərəfdaşıdır və iki ölkə arasında 2011-ci ildən bəri strateji tərəfdaşlıq mövcuddur. Ukrayna Çinin qlobal infrastruktur planı olan Kəmər və Yol Təşəbbüsünə Rusiyadan öncə qoşulub.

Çin Avropa İttifaqının ən böyük ticarət tərəfdaşı olsa da, onlar arasındakı münasibətin son onillərin ən aşağı səviyyədə olduğu güman edilir. Pekin Aİ-nin üzvü olan Litvaya Tayvanla bağlı siyasəti səbəbilə sanksiya tətbiq etməyə çalışdığı zaman Aİ Vilnüsu dəstəklədi və məcburi ticarət praktikaları səbəbilə Çinlə bağlı Dünya Ticarət Təşkilatına şikayət etdi.

Sinqlton bu yaxınlarda Foreign Policy jurnalında dərc etdiyi məqaləsində bildirib ki, Çin Avropa İttifaqı və Britaniyaya Rusiyadan 10 qat daha çox mal ixrac edir. O deyib ki, Şi son aylarda şəxsən Avropa ilə münasibətləri yumşaltmağa cəhd edib, çünki Çin hazırkı iqtisadi fırtınanı yatırmaq üçün əlaqələrini gücləndirməlidir.

Bəzi analitiklər düşünür ki, Moskva ilə Ukrayna səbəbilə uzadılmış hesablaşma Birləşmiş Ştatları çox təriflədiyi “diqqəti Asiyaya yönəltmək” məqsədindən yayındıra bilər ki, bu da Çinin regionda nüfuzunu artırması üçün daha çox imkan yarada bilər.