vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
15:00 | 20 fevral 2022 | Bazar Məqaləyə 484 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putindən Münhen toplantısına özünəməxsus cavab

Rusiya prezidenti nüvə zərbələrinin inkişafı təlimlərinin açılışını edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin şənbə günü, şərti düşmən üzərində nüvə zərbələrinin inkişafı ilə bağlı təlimlərin açılışını elan edib. “İnterfaks” ın məlumatına görə, Putin təlimləri Belarus lideri Aleksandr Lukaşenka ilə birlikdə Kremldəki situasiya mərkəzindən izləyir.

Strateji qüvvələrin təlimlərində, hava-kosmik qüvvələrinin, şimal və Qara dəniz donanması və Cənub hərbi regionundakı raket qoşunlarının iştirakı planlaşdırılır.

Təlimlər Qərbin Rusiyanı Ukraynaya qarşı tammiqyaslı müharibəyə hazırlaşmaqda ittiham etdiyi bir dövrə təsadüf edir.

TASS təlimlərin iki mərhələdə keçiriləcəyini xəbər verir. Agentlik bildirir ki, Plesetsk və Arxangelskidəki kosmodromlardan Kamçatka poliqonuna “Yars” qitələlrarası ballistik raket buraxılıb.

Həmin istiqamətə Barents dənizi hövzəsindən “Sineva” ballistik raketinin buraxılması da reallaşıb. Kapustin Yar poliqonundan isə nüvə hərbi başlığı daşıya bilən qanadlı “İskəndər” raketi atılıb.

Rusiyanın bu təlimləri Münhendəki təhlükəsizlik konfransı ilə eyni vaxtda baş verir. Moskva 1999-cu ildən bəri ilk dəfədir sözügedən Konfransda iştirak etmir.

Konfransda, xüsusən də Kremlin Qərb ölkələrinə yönəlik olan Rusiya təhlükəsizliyi ilə bağlı tələblər müzakirə olunur. təmin etmək üçün müzakirə edir.

Xüsusilə Moskva NATO-nun genişlənməməsini və hərbi infrastrukturlarının 1997-ci ildə olan səviyyəyə qaytarılmasını istəyir. Mühnendəki Təhlükəsizlik Konfransında çıxış edən NATO-nun baş katibi bir daha bu tələbləri “açıq şəkildə mümkünsüz” adlandırıb.

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger isə deyib ki, Rusiya nümayəndələrinin tədbirdə iştirak etməməsi səhv addımdır.