vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
00:49 | 4 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2001 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

III Dünya müharibəsinin astanasında

ABŞ və Rusiya hərbi gəmiləri Qara dəniz sularında, Ukrayna ilə bağlı 3 mümkün ssenari

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Qara dənizə üzən ABŞ Hərbi Dəniz Donanmasının gəmisi
  • Qara dənizə üzən ABŞ Hərbi Dəniz Donanmasının gəmisi
  • Qara dənizə üzən ABŞ Hərbi Dəniz Donanmasının gəmisi
  • Qara dənizə üzən ABŞ Hərbi Dəniz Donanmasının gəmisi
  • Qara dənizə üzən ABŞ Hərbi Dəniz Donanmasının gəmisi
  • Qara dənizə üzən ABŞ Hərbi Dəniz Donanmasının gəmiləri
  • Qara dənizə üzən ABŞ Hərbi Dəniz Donanmasının gəmiləri

Vaxt.az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, Ukraynadakı, xüsusilə Krım yarımadasındakı gərginlik hər saniyə artdığı bir vaxtda ABŞ dəniz donanmasına aid döyüş gəmilərinin Qara dənizə doğru istiqamət götürməsi xəbəri yayıldı.

Yunanıstanın hərbi xəbərlər yayan krosnos.gr saytının diplomatik mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ hərbi dəniz donanmasına aid ən önəmli döyüş raket kreyserlərindən 61 port nömrəli, 180 metr uzunluğunda və 300 əsgərin daşındığı «US Ramage» və «US Navy» adlı 6-cı təyyarədaşıyanı Yunanıstan sularından Qara dənizə doğru istiqamət götürüb. Xəbərdə ABŞ döyüş gəmilərinin Ukrayna sahillərinə yaxın, Krım yarımadası sularında yerləşəcəyi ehtimal olunur. Gəmilərin bu gün səhər saatlarında Çanaqqala boğazından keçməsi gözlənilir.

 

RUSİYA DA DÖYÜŞ GƏMİLƏRİNİ QARA DƏNİZƏ ÇƏKİR

 

Rusiyanın Suriya olayları ilə əlaqədar Aralıq dənizində görəvləndirdiyi 50 bort nömrəli Saratov, və 156 saylı Yamal iki hərbi gəmisi hərbi komandanlıq tərəfindən Qara dənizə çağırılıb. Martın 2-si saat 18:00-da (Bakı vaxtilə) Rusiya gəmiləri Egey dənizindən Çanaqqala boğazına keçərək Krım sularına doğru hərəkət edib.

Gəmilər Türkiyə Sahil Təhlükəsizliyi Komandanlığına aid bir qayığın müşayiəti ilə manevr edilməsi çətin olan Nara burnunu döndükdən sonra Qara dənizə doğru üzərək gözdən itib.

 

«GUARDİAN»ın 3 MÜMKÜN SSENARİSİ

 

İngiltərənin «Guardian» qəzeti dünənki sayında Krımda yerləşən, Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınan Ukrayna hərbi bazalarındakı əsgərlərinin ruslara təslim olmamaqda qərarlı olduqlarını ön səhifəyə çıxarmışdı. Bundan başqa qəzetin Avropa redaktoru Yan Treynor isə hadisələrin gedişi ilə bağlı 2 ssenarini gündəmə gətirib. Bunların qısa təfərrüatı aşağıdakılardır.

Gürcüstan ssenarisi:
Rusiyanın 2008-ci ildə Gürcüstanda etdiyini təkrarlayacaq. Sürətli hücumla hərbi üstünlük qazanacaq və Krımın statusu ilə bağlı keçiriləcək görüşlərdə danışıqlar masasına əli güclü halda oturacaq. Əslində bu artıq gerçəkləşmiş durumdadır. Lakin görünən odur ki, Rusiya təkcə bununla kifayətlənməyəcək və Krımdan savayı da istəkləri ola bilər.

Yuqoslaviya ssenarisi:
Rusiyanın Krımla yanaşı Ukraynanın şərq hissəsinə hərbi güc çıxarmaqla ölkəni şimal-qərb və cənub-şərq hissələri ilə ölkənin 2 yerə bölünməsini gündəmə gətirə bilər. Bu durumda Ukrayna dilində danışan katolik çoxluq ilə rusdilli pravoslav azlıq arasında vətəndaş müharibəsi qaçılmaz olacaq.

Diplomatik ssenari:
Avropa Birliyinin bu tip vəziyyətlərdə ənənəvi davranışı hamıya bəllidir. İqtisadi sanksiyalar və ticari qadağalar. ABŞ da Rusiyanı iqtisadi təcrid siyasətini yürüdə bilər. Amma rus şirkəti Qazprom Avropanın əsas enerji tədarükçüsüdür. Bu ssenarinin gündəmə gəlməsi halında başqa bir siyasət yürüdəcəklər. Qısacası yeni Ukraynada İsveçrə modeli yaratmağa çalışacaqlar. Rusiya isə federal və ya konfederal sistem içində siyasətini davam etdirməli olacaq.