vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
DÜNYA  
23:00 | 20 fevral 2022 | Bazar Məqaləyə 622 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mənə sağ olduğumu deyin”

Yanan yunan gəmisində möcüzə

MÖVZU İLƏ ƏLAQƏLİ

Bazar günü Yunanıstan sahillərində üç gündür yanan bərədə bir sərnişin sağ-salamat tapılıb, sahil mühafizəsi daha bir neçə itkin adamın sağ qaldığını bildirib.

“Skai” televiziyası “sağ olan daha 4-5 sərnişini xilas etmək üçün” əməliyyatın aparıldığını bildirməzdən əvvəl itkin düşmüş 11 yük maşını sürücüsündən xəbər yox idi.

Xilasedicilər əvvəlcə 21 yaşlı gənci gəmini limana apararkən onun arxa tərəfində görüb. Sahil mühafizəsi bildirib ki, bərə Korfunun şimal hissəsindən təxminən iki kilometr aralıda olub.

Televiziya görüntülərində gülümsəyən belaruslu sahil mühafizə gəmisi ilə Korfuya aparılıb və xəstəxanaya gedən təcili yardım maşınına mindirilib. O, jurnalistlərə “Mən yaxşıyam” deyib.

“Proto Thema” xəbər saytının məlumatına görə, yük maşını sürücüsü xilasedicilərə “Mənə sağ olduğumu deyin” deyib.

“İefimerida” xəbər saytından görüntülərə görə, qara rəngli şort və qara köynək geyinərək nərdivanla xilasedici qayığa enib.

Yunan mediasına görə, adamın “möcüzəvi” şəkildə sağ qalması xəbəri daha çox insanların xilas ediləcəyinə ümidlər artırıb.

Yanğınsöndürmə briqadasının məlumatına görə, xilasetmə işlərinə kömək etmək üçün bazar günü səhər əraziyə 40 yanğınsöndürən cəlb edilib.

Gəmiçilik nazirinin müavini Kostas Katsafados “Skai”yə bildirib ki, “Gəmidəki istilik yükü və toksiklik yüksək olaraq qalır. Bəzi ərazilərdə yanğın hələ də yanır. Əməliyyat həqiqətən həssasdır”.

Yanğın cümə axşamı Yunanıstanın İqoumenitsa şəhərindən İtaliyanın Brindisiyə gedərkən 300-ə yaxın insanın olduğu İtaliya bayraqlı “Euroferry Olympia” gəmisində baş verib.