vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
14:49 | 22 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İmitasiyanı xatırladır”

Ukraynada Baydenin “xalq respublikalarına” qarşı sanksiyalarını “gülməli” adlandırıblar

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Ali Radasının hakim “Xalqın qulluqçusu” partiyasından olan deputatı Daniil Getmantsev bildirib ki, ABŞ-ın “xalq respublikalarına” qarşı sanksiyaları real addımlardan daha çox “imitasiyanı” xatırladır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Deputat qeyd edib ki, o, heç vaxt ABŞ vətəndaşlarının “DXR” və “LXR” ilə ticarət etdiyini və ya investisiya etdiyini eşitməyib. Getmantsev hesab edir ki, bu addımları sanksiya adlandırmaq olmaz.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin “xalq respublikaları”na qarşı sanksiyalar haqqında fərmanı imzalamağa hazır olduğu bildirilirdi. Ağ Ev bildirib ki, Putindən belə bir addım gözlənildirdi və artıq cavab hazırlanır.

Sanksiyalar ticarət, investisiya və maliyyə əməliyyatlarına təsir edəcək. Həmçinin Vaşinqtonda “xalq respublikaları” ərazisində dolların qadağan edilməsi haqqında fərman imzalayacaq.