“Böyük nəticələri olacaq”
ABŞ Rusiyaya qarşı şəxsi sanksiyaları nəzərdən keçirəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
ABŞ Prezidenti Co Bayden ötən həftə Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə Vladimir Putinə qarşı şəxsi sanksiyaları nəzərdən keçirəcəyini bildirmişdi. Bir müddətdir ki, Rusiya Ukrayna ilə sərhədə yaxın ərazilərə 100 mindən çox hərbi qüvvə yığıb və onun bu ölkəyə hücum edəcəyi təəssüratını yaradıb. Amma rəsmi Moskva Ukraynaya qarşı hər hansı hərbi əməliyyat planlaşdırmadığını deyir.
Co Bayden Rusiyanın cənub-qərb sərhədində yerləşən xalqa qarşı bir addım atacağı təqdirdə dünya üçün “böyük nəticələr” olacağını söyləyib. ABŞ Prezidenti bu fikirləri digər Qərb liderlərinin Rusiyanın işğala görə ağır nəticələrlə üzləşəcəyinə dair təkrar xəbərdarlıqlarının ardınca söyləyib.
Rusiya ABŞ və digərlərini məsələ ilə bağlı “gərginliyi artırmaqda” ittiham edib və Ukraynaya daxil olmaq planlarını rədd edib. Jurnalistlərin suallarını cavablandıran cənab Bayden işğal olarsa, şəxsən Rusiya Prezidentinə qarşı sanksiyalar tətbiqinin mümkünlüyü barədə suala “bəli” cavabını verib.
O, Ukraynaya müdaxiləni “İkinci Dünya Müharibəsindən bəri ən böyük işğala” bərabər ola biləcəyini və bunun “dünya üçün ağır nəticələr” yaradacağını söyləyib. Bayden əlavə edib ki, o, NATO-nun Şərqi Avropada mövcudluğunu gücləndirmək məcburiyyətində qalacaq.
“Biz açıq şəkildə bildirməliyik ki, heç kimin, NATO-nun hər hansı üzvünün NATO-nun onların müdafiəsinə gəlib-gəlməyəcəyindən narahat olması üçün heç bir səbəb yoxdur,” - Co Bayden deyib. Lakin o, təkrar edib ki, ABŞ qoşunlarını birbaşa Ukraynaya göndərmək planları yoxdur.
Rusiya bu sözlərə qəzəblə cavab verib, ABŞ və NATO-nu Ukraynanı silah və Qərbdən olan hərbi təlimçilərlə “doldurmaqda” günahlandırıb. Moskvanın BMT-dəki Daimi Nümayəndəliyinin bəyanatında deyilir: “Amerika donanmasının Rusiya sahilləri yaxınlığında nə etdiyi ilə bağlı heç bir izahat yoxdur”.