vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
17:58 | 9 mart 2022 | Çərşənbə Məqaləyə 1228 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlin tək ümidi – Pekin

Rusiya Avropaya sata bilməyəcəyi nə varsa Çinə satmağa çalışacaq, amma ...

ELXAN

Rusiyanın Ukraynaya hücumu, bombardmanlar, müharibənin uzanması dünya iqtisadiyyatını silkələyir. Rusiya gəlirinin təxminən yarısını bu günə qədər neft və qaz satışından əldə edirdi. Qərb ölkələri Rusiyadan neft və qazın alışını azaltmaq və tamamilə durdurmaq planlarını hazırlayırlar.

ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərdən birinin sualına cavab verərkən Rusiyadan neft alışının dayandırılması üzərində çalışdıqlarını bildirib. Bu açıqlamadan sonra neftin bir barelinin qiyməti 130 dollara qədər artıb. Bu 2012-ci ildən bu yana neftin bir barelinin ən yüksək qiymətidir. ABŞ öz rezervlərindən dünya bazarına daha çox neft çıxarmağı planlaşdırır. Söhbət əlavə 30 milyon bareldən gedir. Ancaq müharibə və Rusiya neftinə embarqo davam edərsə neftin qiymətini aşağı salmaq çətin olacaq. 

Rusiya ümidini yenə Çinə yönəldib. Bu ilin ilk iki ayında Rusiya ilə Çin arasındakı ticarətinə həcmi 26 milyard dollardan çox olub. Bu ötən ilin eyni iki ayı ilə müqayisədə 38 faiz çoxdur. Ümumilikdə 2021-ci ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 149 milyard dollara yaxın idi. Bu gedişlə bu il ticarət mübadiləsinin həcmi 200 milyard dollara çata bilər. Rusiya Avropaya sata bilməyəcəyi nə varsa Çinə satmağa çalışacaq. Ancaq Çin hər məhsulu almağa maraq göstərməyəcək. Çinin özü dünya ölkələrinə müxtəlif mallar satır. Rusiya neft satışında problemlərlə üzləşdikdə neftini Çinə daha ucuz qiymətə satmağa çalışacaq. Qiyməti Pekin diktə edəcək.