vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
DÜNYA  
11:14 | 14 mart 2022 | Bazar ertəsi Məqaləyə 1259 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan silahı əsasən İsraildən alır

Dünya bazarında ən böyük pay ABŞ-a aiddir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub və silahı əsasən İsraildən (61 faiz), Rusiyadan (22 faiz) və Belarusdan (6,6 faiz) alıb. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) martın 14-də beynəlxalq silah transferləri haqda hesabatını açıqlayıb.

Hesabata görə, 2012-2016-cı və 2017-2021-ci illərdə beynəlxalq silah ticarətində cüzi azalma (-4.6 faiz) qeydə alınıb.


ABŞ


Amma Birləşmiş Ştatlar və Fransanın silah ixracı, Avropa (+19 faiz), Şərqi Asiya (+20 faiz) və Okeaniyanın (+59 faiz) idxalı isə ciddi şəkildə artıb. Yaxın Şərqə transferlərin həcmi yüksək olaraq qalır. Afrika və Amerikaya transfer isə azalıb.

Birləşmiş Ştatların silah ixracı 14 faiz artaraq bu ölkənin 2017-21-ci illərdə qlobal payını 39 faizə çatdırıb. 2012-2016-cı illərdə həmin göstərici 32 faiz idi. Həmin dövrdə ABŞ-dan silah ixracı Rusiyadan 108 faiz çox olub.

ABŞ-dan silah transferinin 43 faizi Yaxın Şərqə gedir. Səudiyyə Ərəbistanına silah göndərişi 106 faiz artıb.


Rusiya, Fransa


2017-21-ci illərdə silah ixracının 19 faizi Rusiyaya məxsusdur. Amma bu ölkənin silah ixracı 2012-16-cı illərlə müqayisədə 2017-21-ci illərdə 26 faiz azalıb. Bu, əsasən iki ölkəyə – Hindistan və Vyetnama silah göndərişinin azalması ilə əlaqədardır. Amma növbəti illərdə Rusiyadan Hindistana böyük silah göndərişləri gözlənir.

Fransa 11 faizlə dünyada silah ixracında görə üçüncü yerdədir. 2012-16 və 2017-21-ci illər arası Fransa silah ixracını 59 faiz artırıb.

Çin silah ixracına görə dördüncü, Almaniya isə beşinci yerdədir. Çindən silah ixracı 31, Almaniyadan isə 19 faiz azalıb.

2012-16 və 2017-21-ci illərdə üç regionda silah idxalında ümumi azalma qeydə alınıb: Amerikalar (-36 faiz), Afrika (-34 faiz), Asiya və Okeaniya (-4.7 faiz).

İsrailin silah idxalı 2012-16 və 2017-21-ci illər ərzində 19 faiz artıb.