vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
13:18 | 18 mart 2022 | Cümə Məqaləyə 933 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan məktəbində “Z” şəklində flaşmob

İrəvanda başlayan Kremlə dəstək aksiyası Gümrüdə davam etdirilib

Ermənistanın Gümrü qəsəbəsində yerləşən 19 saylı məktəb şagirdlərinin iştirakı ilə flaşmob keçirilib. Məktəb direktorunun tapşırığı ilə həyətdə, məktəbliləri “Z” hərfi şəklində düzüblər. Müdiriyyəti onlara həm də üzərində “Z” yazılmış vərəqlər paylayıb.

Bu rus məktəbi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ərazisində yerləşir və Rusiyanın Müdafiə Nazirliyinin tabeçiliyindədir.

Rusiya Müdafiə Nazirliyinin icazəsi olmadan bu bazanın ərazisində hər hansı çəkilişin aparılması qadağandır. Məktəbdə Rusiya hərbçilərinin uşaqları ilə yanaşı erməni uşaqlar da oxuyur.

Bu hadisə Ermənistanda Kremlə dəstək məqsədilə keçirilmiş yeganə tədbir deyil.

Həftənin əvvəllərində Rusiyanın İrəvandakı səfirliyinin qarşısında Ukraynaya müdaxiləni dəstəkləyən aksiya keçirilib.

Bir həftə bundan qabaq isə “Rossia Today”in redaktoru Marqarita Simonyan öz sosial şəbəkə səhifələrində postamentində qırmızı işıqlarla “Z” yazılmış Ermənistandakı “Ana” abidəsinin videosunu paylaşıb. Bu video “Z” hərfi ilə başlanıb “V” hərfi ilə bitir.

Qeyd edək ki, Ukraynaya müdaxilə edən Rusiya hərbi texnikasının üstündə bu hərfin də yazıldığını görmək olar.