vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
17:23 | 18 mart 2022 | Cümə Məqaləyə 1576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elvira – Putinin ən güvəndiyi şəxs

Nabiullinanın Mərkəzi Banka sədrliyi daha 5 il uzadıla bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Prezidenti Vladimir Putin Elvira Nabiullinanın daha beş il müddətinə Rusiya Mərkəzi Bankına sədr təyin edilməsi üçün Dövlət Dumasına təklif göndərib. Parlamentin aşağı palatası təklifə martın 21-də baxacaq.

Nabiullinanın beşillik sədrliyi iyunda bitir və federal qanunvericiliyə görə Putin martadək bu posta ya onun, ya da başqasının namizədliyini verməlidir.

Kremlin məlumatına görə, Putinin mərkəzi bankın işinə böyük sayğısı belə bir təkliflə nəticələnib.

58 yaşlı iqtisadçı Nabiullina 2013-cü ilin iyunundan mərkəzi banka rəhbərlik edir. 2017-ci ildə onun mandatı daha beş il uzadılıb. Nabiullina daha öncə Putinin müşaviri, ondan qabaq isə İqtisadi İnkişaf naziri olub.

Nabiullina martın 18-də monetar siyasətlə bağlı bəyanat açıqlamalıdır. Həmçinin mərkəzi bankın faiz dərəcəsi üzrə qərar gözlənir. Ötən ay uçot dərəcəsi 20 faizə qaldırılıb.

Rusiya Ukraynanı işğal etməyə başlayandan sonra Qərbin sanksiyaları rublu dəyərini azaldıb. Bank fevralın 28-də faiz dərəcəsini 9.5 faizdən 20-yə qaldırıb.

Martın 18-də rublun dollara qarşı məzənnəsi 103.51, avroya qarşı 113.23 olub.