vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
16:44 | 23 mart 2022 | Çərşənbə Məqaləyə 3090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çubays Rusiyadan getdi

Kremlin divarları arasında “çat”lar yaranıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Prezidenti Vladimir Putinin dayanıqlı inkişaf məsələləri üzrə xüsusi təmsilçisi Anatoli Çubaysın istefa verərək ölkədən getdiyi bildirilir. Bu haqda “Reuters” və “Bloomberg” mənbələrə istinadla xəbər verirlər.

Anonimlik şərtilə danışan mənbə “Reuters”ə Çubaysın ölkəyə qayıtmaq fikri olmadığını deyib Çubays Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan istefa verən ən yüksək rütbəli vəzifəlidir. “Bloomberg” vəziyyətdən agah olan iki nəfərə istinadla Çubaysın Putinin Ukrayna müharibəsinə qarşı çıxdığını yazır.

66 yaşlı Çubays 1990-cı illərin iqtisadi islahatçılarından biridir, Putin hökumətində qalaraq Qərb rəsmiləri ilə də əlaqələrini saxlayıb. Kremlin sözçüsü Dmitri Peskovdan hələlik, məsələyə münasibət almaq mümkün olmayıb.

***

Rusiyada 1990-cı illərin özəlləşdirmə prosesinin memarı kimi tanınan Çubays Putini Kremldə ilk dəfə işlə təmin edib, həmin onilliyin sonunda onun hakimiyyətə yüksəlişini dəstəkləyib. Putinin hakimiyyəti dövründə Çubays böyük dövlət şirkətlərində yüksək vəzifələr tutub. Ötən ilsə Putinin dayanıqlı inkişaf üzrə elçisi təyin edilib.

Müharibə başlayandan hökumət işğala qarşı çıxanlara təzyiqi artırıb. Kreml “müharibə” sözünü yasaqlayıb, “xüsusi əməliyyat” termini işlədir. Putin martın 16-da xəbərdarlıq edib ki, Rusiya “satqınlar”dan təmizlənəcək.

Ötən həftə Arkadi Dvorkoviç dövlətin dəstəklədiyi “Skolkovo” texnologiya fondunun rəhbərliyindən istefa verib. O, Dmitri Medvedevin prezidentliyi dövründə onun iqtisadi müşaviri, 2018-ci iləcən baş nazirin müavini olub.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti olan Dvorkoviç Rusiyanın Ukraynanı işğal etməsini pisləmişdi.