vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
14:19 | 22 mart 2022 | Çərşənbə axşamı Məqaləyə 603 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kuril danışıqları dayandı

Deməli sülh sazişi də olmayacaq

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq bundan sonra Yaponiya ilə Kuril adaları mövzusunda danışıqlar aparmayacağını bildirib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medveydev bu qərarı dəstəkləyib. O XİN-nin rədd cavabının əsaslandırılmış olduğunu vurğulayib. Birincisi, Medveyvev deyib ki, Yaponiya ABŞ-a qoşularaq Rusiyaya qarşı sanksiyalar tətbiq edib. İkincisi, Medvedyev deyib ki, Yaponiya ilə Kuril mövzusunda danışıqları davam etdirməyə Rusiya Konstitusiyası imkan vermir. Çünki, Konstitusiyaya edilən dəyişikliklərdən sonra Rusiyanın hər hansı dövlətinə xeyrinə torpaq güzəşti qadağan edilir.

Rusiya müstəqilliyini əldə etdiyi 30 il ərzində Kuril adalarıyla bağlı Yaponiya ilə danışıqlar aparıb. 1990-cı illərin ortalarında Kreml Tokio ilə razılaşmaya yaxın idi. Ancaq daha sonra hakimiyyətə gələn Vladimir Putin şifahi razılaşmalardan imtina edib. Kremlin bəhanəsi bu idi ki, Yaponiya Amerikadan asılı dövlət olduğuna görə, Kuril Yaponiyaya verilsəydi orada ABŞ-ın hərbi bazaları yerləşdirilə bilərdi. Əgər Rusiya Kuril adaları sahibinə qaytarmağa razılaşsaydı, Tokio Kremlə Kurl adalarında hərbi bazaların yerləşdirilməyəcəyinə dair yazılı təminat verəcəkdi. Kremllə danışıqlar nəticə vermədi. Bu o deməkdir ki, Yaponiya Rusiya ilə sülh sazişi imzalamayacaq. Belə bir sazişin imzalanması Kuril adalarının gələcək taleyindən asılıdır. Görünür, Kremlin Tokio ilə sülh sazişinə ehtiyacı yoxdur. Onsuz da Kremlin siyasəti beynəlxalq aləmdə ona dost və tərəfdaş qazandırmır. 

Maraqlıdır ki, Kremlin Tokio ilə dialoqdan imtina etməsi Pekində narahatlıq yaradıb. Çin Xarici İşlər Nazirliyi açıqlama verərək Moskva ilə Tokio arasında dialoqun davam edəcəyinə ümid etdiyini bildirib. Ancaq bu açıqlamada Moskva ilə Tokionun hansı addımlar atmaları barədə fikir yoxdur. Əslində Pekinin də Tokio ilə münasibətlərində suallar var. Tokio Çinin bölgədə hərbi gücünü artırmasından narahatdır.