vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
13:06 | 25 mart 2022 | Cümə Məqaləyə 616 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın parçalanma qorxusu

Medvedyev və Medinski bu barədə danışmağa başlayıb

X.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın siyasi elitasında yer alan önəmli simalar bir-birinin ardınca ölkənin parçalanma təhlükəsi haqqında danışmağa başlayıblar.

Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyev ABŞ-ın hədəfinin Rusiyanı alçaltmaq, cilovlamaq, sarsıtmaq, parçalamaq və məhv etmək olduğunu yazıb. Şəxsi Telegram kanalında bununla bağlı fikirlərini bölüşən Dmitri Medvedyev yazır: “Təsəvvür edək ki, Amerika bu qarşıdurma raundunda uğur qazandı. Ağ Evin dar düşüncəli strateqləri Rusiyada sistemli siyasi və iqtisadi böhrana səbəb olub, nəhəng, çox mürəkkəb bir ölkənin parçalanmasına səbəb oldular”. Daha sonra Dmitri Medvedyev dünyanı qorxudur ki, Rusiyanın yerində çoxsaylı nüvə başlığı olan, fanatiklərin və radikalların hakimiyyətə gələ biləcəyi beş-altı dövlətin yarana bilər. Keçmiş prezident hesab edir ki, bu dünyada ərzaq böhranına, böyük nüvə müharibəsinə səbəb ola bilər. 

Rusiyanın keçmiş mədəniyyət naziri, hazırda prezidentin köməkçisi və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri olan Vladimir Medinski isə bildirib ki, Rusiyanın mövcudluğu təhlükə altındadır. “Kollektiv Qərb Rusiyanı siyasi sistemin və ölkənin məhvinə doğru itəliyir”. Medinski bildirib ki, indiki vəziyyət monarxiyanın devrildiyi 1917-ci ilin fevral ayı öncəsini xatırladır.