vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
12:23 | 28 mart 2022 | Bazar ertəsi Məqaləyə 899 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səudiyyə-ABŞ gərginliyi güclənir

Ər-Riyad Vaşinqtonun xahişini niyə yerinə yetirmir?

“Atlas” Araşdırmalar Mərkəzi

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə neft bazarına ciddi təsir edib. Böyük Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə Rusiyaya qarşı iqtisadi sanksiyalar sərtləşdikcə, bunun neft bazarına təsirləri artacaq. Məqalədə göstərilib ki, müharibə nəticəsində neft və qazın satış qiymətlərinin artımı bu enerji sahəsinə yatırımların miqyasını artırmaqla yanaşı alternativ enerjiyə keçidi zəiflədəcək. Çünki alternativ enerjiyə keçid müəyyən zaman tələb edir, enerji qıtlığını aradan qaldırmaq üçün isə əvvəlki kimi əsas mənbə neft və qazdır.

“The Guardian” diqqəti ona çəkir ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiya qərarında yekdil olsalar da, birliyin bəzi ölkələri zaman keçdikcə Moskva ilə münasibətləri normallaşdırmağa və Rusiyadan əvvəlki həcmdə neft və qaz almaqda davam etmək istəyirlər. Bu sıraya Almaniya və Macarıstanı aid etmək olar.

ABŞ-ın məşhur “Foreign Policy” dərgisi Rusiyaya qarşı sərtləşən sanksiyalar fonunda Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə neftin istismarı məsələsində razılaşmağa çalışdığını yazıb. Vaşinqton istəyir ki, Rusiyaya neft sanksiyaları fonunda Səudiyyə Ərəbistanı dünya bazarına daha çox neft çıxarsın. Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı kralı ABŞ prezidentinin xahişini yerinə yetirməyə tələsmir. Ər-Riyadın bununla bağlı bir neçə arqumenti var. Birincisi, Səudiyyə Ərəbistanı hesab edir ki, dünya bazarında hələ ki, neft qıtlığı yoxdur. İkincisi, OPEC üzvü olan Səudiyyə Ərəbistanı bu təşkilatın qərarlarına əsasən neftin istismarını artıra bilməz.

Vaşinqtonun Ər-Riyadla bağlı başqa narahatlığı da var. Səudiyyə Ərəbistanı neftinin əsas alıcısı Çindir. Vaşinqton üçün pis xəbər odur ki, Çin Səudiyyə Ərəbistanı ilə danışıqlar apararaq neftin satışının bir hissəsinin Çinin pul vahidi – yuanla həyata keçirilməsini istəyir. Səudiyyə Ərəbistanı gündəlik 6.2 milyon barel neft ixrac edir. Bu neftin dörddə bir hissəsini Çin alır. Əgər Pekin Ər-Riyadla danışıqlarda uğur qazanarsa qlobal miqyasda yuanın mövqeyi güclənəcək ki, bu ABŞ-ın maraqlarına ziddir. 

ABŞ-ın digər nəşri olan “The Wall Street Journal” da Səudiyyə Ərəbistanın neft siyasəti barədə məqalə yayımlayıb. Bu məqalədə Ər-Riyadın Vaşinqtondan narazılığının siyasi səbəbləri araşdırılıb. Vaşinqtonun İranla nüvə anlaşması imzalamaq istəyi və gələcəkdə bu ölkənin dünya bazarına daha çox neft çıxarması üçün imkanların yaradılması Ər-Riyadın xoşuna gəlmir. Bundan başqa Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı savaşı dəstəkləyir. Bu isə Vaşinqtonun xoşuna gəlmir və ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dondurub.  Ona görə də Ər-Riyad Vaşinqtonun neftlə bağlı xahişini yerinə yetirmir. Bu səbəbdən iqtisadi ekspertlər neftin qiymətlərinin aşağı enəcəyini gözləmirlər. Rusiya baş nazirinin  enerji sahəsinə cavabdeh müavini Aleksandr Novak hesab edir ki, Avropa Rusiya neftindən tamamilə imtina edərsə, neftin qiyməti rekord səviyyəyə, bir barelə görə 300 dollara qədər qalxa bilər. Onsuz da sanksiyalara görə Rusiyanın neftayırma zavodları yalnız mart ayında neft emalını 6 faiz azaldıb.